2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Azərbaycan iki ermənini geri qaytarıb

Azərbaycan ərazisinə keçmiş iki mülki ermənistanlı ötən gecə geri qaytarılıb. Bu haqda Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb.

Məlumata görə, bu, Ermənistan sərhədçiləri və Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) birgə işi sayəsində mümkün olub.

MTX daha öncə bildirmişdi ki, Ermənistanın Kotaysk əyalətinin Kasax icmasının iki üzvü Gorus-Vorotan yolunda hərəkət edərkən magistraldan çıxıb və Azərbaycanın nəzarətində olan əraziyə keçib.

Saytların yığılması Saytlarin yigilmasi

Gorus-Qafan yolunun 21 kilometri Azərbaycan ərazisindən keçir.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında gərginlik var.Bu münaqişə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button