2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycan-İran sərhəddində sərhəd pozucusu yaralanıb

Bakı/10.09.21 İran vətəndaşı Azərbaycanın dövlət sərhəddini qanunsuz keçməyə cəhd göstərərkən yaralanıb, digər iki nəfər isə əks istiqamətdə gizlənib. Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin 10 sentyabr tarixli məlumatında deyilir.

İnsident sentyabrın 8-nə keçən gecə Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında baş verib. Üç sərhəd pozucusuna “Dayan!” əmri verilib, lakin məhəl qoymayıblar. Sərhədçilər atəş açıblar, onlardan birini yaralayıblar, ikisi qaçmağa müvəffəq olub.

Yaralı Füzuli xəstəxanasına yerləşdirilib. Bu, İran vətəndaşı Mirəsgər Mirzağa oğlu Zamanidir (1981-ci ildə anadan olub). Onun çantasında 11 770 kiloqram narkotik maddə olub.

Saytların yığılması Saytlarin yigilmasi

İran tərəfinə insident barədə məlumat verilib. Faktla bağlı cinayət işi başlanılıb.—06D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button