2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycan İrana nota verib

“Azərbaycan ərazilərinə hər hansı bir xarici səfər Azərbaycanın milli qanunvericiliyi çərçivəsində müəyyən edilmiş qaydalara, suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət etməklə həyata keçirilməlidir.”

Saytların yığılması Saytlarin yigilmasi

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli media nümayəndələrinin sualını cavablandırarkən bildirib.
Nazirliyin saytında yayılan məlumata görə, ona “ son günlər 14 İran vətəndaşının sərhəd-keçid məntəqələrindən kənar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə daxil olduğu barədə xəbərlər yayılıb, bu məsələyə münasibətiniz” sualı ilə müraciət edilib.

A.Hacızadə deyib ki, “məlumata aydınlıq gətirilməsi məqsədilə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə müvafiq nota göndərilib”

Onun vurğulamasına görə, hal-hazırda, məsələ ilə bağlı qarşı tərəfdən cavab gözlənilir.
Hələlik, bu açıqlamaya İranin Azərbaycandakı Səfirliyindin münasibət almaq mümkün olmayıb.

Son aylar Azərbaycan və İran arasında qarşılıqlı ittihamlar eşidilməkdə idi.
Ötən ay noyabrın 14-də Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) bildirmişdi ki, İran xüsusi xidmət orqanlarının yaratdığı casus şəbəkəsi ifşa edilib.Bununla bağlı 5 Azərbaycan vətəndaşının həbs edildiyi bildirilirdi. Noyabrın 11-də də İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılmışdı.Məlumata görə, görüşdə, son zamanlar İran mediasında Azərbaycan əleyhinə aparılan təbliğat, qarayaxma kampaniyası, yüksək vəzifəli rəsmilərin təhdid xarakterli ritorikaları ilə bağlı narazılıq və narahatlıq qarşı tərəfin diqqətinə çatdırılmışdı.

Ondan da bir neçə gün öncə eyni qaydada Azərbaycanın İrandakı səfirinin də həmin ölkənin xarici siyasət idarəsinə çağırılaraq oxşar narazılıqla üzləşdiyi açıqlanmışdı.

Azərbaycan DTX-sı isə ötən ayın əvvəlində də bildirmişdi ki,İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmə ifşa olunub.

Ondan da bir qədər sonra İranın İnformasiya və Kəşfiyyat Nazirliyinin yaydığı məlumatda isə iddia olunurdu ki, oktyabrın 26-da bu ölkənin Şiraz şəhərindəki məsciddə törədilən terror aktının koordinatoru Azərbaycan vətəndaşıdır: “Həbs edilənlərin heç biri iranlı deyil. Bunlar Azərbaycan Respublikasının, Tacikistan və Əfqanıstanın vətəndaşlarıdır”.

Hücumda azı 15 nəfərin həlak olduğu deyilirdi.

Qeyd edilən bu açıqlamalara adı çəkilən ölkələrin rəsmi qurum və başqa maraqlı tərəflərdən birbaşa münasibət bildirməmişdi.

Oktyabrın 17-də isə İran Silahlı Qüvvələri Azərbaycanla sərhəddə Araz sahilində hərbi təlimə başlamışdılar.Azərbaycan parlamentində bəzi deputatlar bunu ölkələrinə təhdid kimi dəyərləndirmişdilər.Amma sonradan İranın Azərbaycandakı səfirliyi təlimlə bağlı rəsmi Bakının əvvəlcədən məlumatlandırıldığını bildirmişdi.

Daha sonra isə Azərbaycan xüsusi təyinatlıları ölkənin cənubunda təlim keçiriblər.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button