2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Azərbaycan İranla birgə filmlərin çəkilməsini planlaşdırır

Tehranda səfərdə olab nazir kino sahəsindəki əməkdaşlığın vacibliyindən danışıb

Azərbaycan İranla kino sahəsindəki əməkdaşlığı genişləndirir.

Saytların yığılması Saytlarin yigilmasi

Hazırda mədəniyyət naziri Anar Kərimov İrandadır.

O, iyunun 22-də Mədəniyyət və İslam İrşadı Nazirliyinin nəzdində fəaliyyət göstərən İran Kino və Audiovizual işləri təşkilatının rəhbərliyi ilə görüşüb.

Nazir görüşü zamanı Azərbaycanda yeni yaradılmış Kino Agentliyi ilə bağlı məlumat verib.

Görüşdə birgə bədii, sənədli filmlərin, qısametrajlı, eləcə də cizgi filmlərinin çəkilməsi üçün mövcud imkanların istifadə edilməsinin vacibliyi qeyd olunub.

Anar Kərimov Qarabağ mövzusunda sənədli filmlərin çəkilməsinin əhəmiyyətindən də danışıb.

Prezident İlham Əliyev 2022-ci il aprelin 20-də Kino Agentliyinin yaradılması ilə bağlı fərman imzalayıb.

Məqsəd Azərbaycan kinematoqrafiyasında dövlət siyasətinin həyata keçirilməsini təkmilləşdirmək, milli kinonun beynəlxalq rəqabətə davamlılığını təmin etmək, yerli istehsal və yayım infrastrukturunu müasirləşdirməkdir.

Yeni yaradılan qurum Mədəniyyət Nazirliyinin tabeliyindədir.

Agentliyin saxlanılması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsinin vəsaiti və qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçiriləcək.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button