2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

Azərbaycan İspaniya Futbol Federasiyasının baş sponsoru ola bilər

Bir neçə il əvvəl Madrid “Atletiko”suna sponsorluq edən Azərbaycan İspaniya Kral Futbol Federasiyasının baş sponsoru ola bilər.

APA xəbər verir ki, bu iddianı məşhur “As” nəşri irəli sürüb.

Bildirilir ki, qarşıdakı 5 ildə qurumun baş sponsoru olacaq Azərbaycan ispaniyalılara 50 milyon dollar ödəməlidir. Amma siyasi arenalarda baş verənlər və əksər yığmaların, o cümlədən İspaniya millisinin Rusiyadakı dünya çempionatına gedib-getməməyinin müzakirəyə çıxarılması müqavilənin taleyini sual altına salıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu da İspaniya futbol qurumunda müəyyən narahatlıqlara səbəb olub. Hətta federasiyanın marketinq direktoru Visente Kasado və idman direktoru Fernando Yerronun Bakıya səfəri də təxirə salınıb. Onların ölkəmizə imzalanmalı olan sənədlərlə gəldiyi iddia edilir.

İndi federasiya rəhbərliyi DÇ-2018-lə bağlı FİFA-nın yekun qərarını gözləyir və yığmanın mundialdakı iştirakının təsdiqlənəcəyi an müqaviləni imzalamağa çalışacaq. Bu, baş tutsa, federasiyanın tarixində ən bahalı anlaşma olacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button