2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycan İsrail silahlarının əsas alıcılarından biridir

Bakı/13.08.21 2020-ci ildə İsrailin xaricə müdafiə tədarükünün həcmi 15 faiz artaraq  8,3 milyard dollara çatıb. İsrail kütləvi informasiya vasitələrinin məlumatına görə, bu barədə ölkənin Müdafiə Nazirliyi bildirib.

İxracın 44 faizi  Asiya ölkələrinin, o cümlədən Fars körfəzinin, 30 faizi Avropa dövlətlərinin və Azərbaycanın, 20 faizi isə ABŞ və Kanadanın payına düşür.

Açıq mənbələrin məlumatına görə, hazırda Azərbaycanın İsraildə müdafiə sifarişlərinin həcmi 2 milyard dollara yaxın təşkil edib.

Saytların yığılması Saytlarin yigilmasi

Sadalanan və əldə olunan silahların arasında atıcı silahlar, artilleriya sistemləri, Hava Hücumundan Müdafiə vasitələri, zirehli texnika, rabitə və kəşfiyyat vasitələri, döyüş və kəşfiyyat dronları var.

Bu yaxınlarda İsraildə Azərbaycan Ticarət Nümayəndəliyinin açılması iki ölkənin əməkdaşlığını daha da möhkəmləndirəcək. İsrail mənbələri bu ölkə ilə Azərbaycan arasında hazırkı yaxınlaşmanın iki vəziyyətdən irəli gəldiyini istisna etmirlər. Əvvəla, Dağlıq Qarabağda müharibənin nəticələridir, belə ki, İsrail silahı qələbəyə böyük töhfə verdi. İkincisi isə İsrail və  Türkiyə (Azərbaycanın mühüm müttəfiqi)  arasında münasibətlərdəki istiləşmədir. Bakı işarə edir ki, Qüdslə Ankara arasında nizamlanmada vasitəçi olmağa hazırdır. -02B-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button