2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Azərbaycan koronavirusa ən çox yoluxma qeydə alınan 20 ölkədən biridir

Ölüm faizi 9 faiz aşağıdır

Son günlərdə Azərbaycanda koronavirusa yoluxanların sayında ciddi artım gözə çarpır. Operativ Qərargahın avqustun 22-də açıqladığı rəqəmlərdən bilinir ki, hazırda Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 40 mini aşıb. Halbuki avqustun ilk günündə bu rəqəm cəmi 6 min 365 nəfər – indikindən, az qala, yeddi dəfə az idi. Üstəlik, bu rəqəmə istər xəstəxanada, istərsə ev ortamında müalicə alanlar daxildir. Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində aktiv xəstələrdən təxminən 2 min 500 nəfərin xəstəxanalarda müalicə aldığı açıqlanmışdı. Deməli, xəstəxanalarda yatan xəstələrin də sayı üç ay boyunca üç dəfəyə yaxın artıb.

Pandemiya başlayandan bəri ölkədə koronavirusa yoluxan toplam vətəndaş sayı rəsmi olaraq 391 min 506 nəfərdir. Rəsmi qaynaqlar 5 min 308 nəfərin öldüyünü açıqlayıb. Bu o deməkdir ki, Azərbaycanda əhalinin hər bir milyon nəfərinə düşən yoluxma sayı 38 min 222; ölüm sayı isə 518 nəfərdir. Həmin göstəricilər üzrə dünya ortalaması, müvafiq olaraq, 27 min 254 və 570 nəfərdir. Başqa deyilmə, Azərbaycanda əhali sayına görə yoluxma göstəricisi dünya ortalamasından 40 faiz yüksək, ölüm göstərici isə 9 faiz aşağıdır. Hər milyon nəfərə düşən yoluxma və ölüm göstəricisi baxımından Azərbaycan 200-ə yaxın ölkə arasında siyahının ortalarında yerləşir.

Ən çox yoluxma qeydə alınan 20 ölkədən biri Azərbaycandır

Amma yalnız son bir həftədə qeydə alınan yoluxmalara baxılsa, Azərbaycanın dünya üzrə lider ölkələr qrupunda olduğu üzə çıxar. “Our World in Data” statistika platformasındakı bilgilərə görə, son bir həftədə Azərbaycanda əhalinin hər 1 milyon nəfərinə düşən yoluxma sayı 2 min 310-dur. Mikro ada dövlətləri sayılmasa, bu göstərici ilə Azərbaycan 200-ə yaxın ölkə arasında 19-cu yerdədir. Hazırda dünyada əhali sayı baxımından ən çox yoluxma qeydə alınan ölkə qonşu Gürcüstandır. Burada son həftə ərzində əhalinin hər 1 milyon nəfərinə düşən yoluxma sayı 8 min 442 olub.

Saytların yığılması Saytlarin yigilmasi

Əhalisinin sayı Azərbaycandan təxminən 2.5 dəfə az olan Gürcüstanda indiyədək koronavirusa yoluxanların sayı 515 min, ölənlərin sayı 6 min 771 nəfərə çatıb. Bu, hər iki istiqamət üzrə Azərbaycanın açıqladığı rəqəmlərdən 25 faizə yaxın daha yüksək göstəricidir. Digər Qafqaz ölkəsi Ermənistanda toplam yoluxma və ölən sayı Azərbaycandan aşağı olsa da, əhalinin hər 1 milyon nəfərinə düşən yoluxma və ölüm göstəricisinə görə Ermənistan Azərbaycanı bir neçə dəfə qabaqlayır. Ermənistanda əhalinin hər 1 milyon nəfərinə düşən yoluxma sayı 80 min, ölənlərin sayı isə 1 min 600 nəfərdir.

Cədvəl: Son bir həftə ərzində əhalinin hər 1 milyon nəfərinə düşən yoluxma sayına görə lider ölkələr

Ölkə

Son bir həftədə əhalinin hər 1 milyon nəfərinə düşən yoluxma sayı

1

Gürcüstan

8 min 442

2

Kosova

6 min 454

3

İsrail

5 min 845

4

Monteneqro

5 min 715

5

Kuba

5 min 713

6

Malayziya

4 min 663

7

Botsvana

4 min 126

8

Fici

3 min 931

9

Birləşmiş Krallıq

3 min 253

10

Monqolustan

3 min 237

19

Azərbaycan

2 min 310

Peyvəndləmə prosesi nə yerdədir?

İlin əvvəlindən bəri artıq bütün dünyada yoluxma sayı qədər vurulan peyvənd sayı da diqqət mərkəzindədir. Bugünə olan məlumata görə, indiyədək ölkədə 2 milyon 457 min nəfər hər iki doza peyvəndi vurdurub. Hələlik, sadəcə birinci doza peyvənd olunanların sayı isə 1 milyon 256 min nəfərdir. Yəni, hazırda 3 milyon 713 min Azərbaycan vətəndaşı, azı, bir doza peyvəndlənib. Bu göstərici ilə Azərbaycan keçmiş sovet respublikaları və qonşu ölkələr arasında liderlər siyahısındadır.

Cədvəl: Ən azı bir doza peyvənd (vaksin) vurulan şəxslərin toplam əhali arasındakı payı

Ölkə

Ən azı birinci doza peyvənd olunanların toplam əhali sayına nisbəti

1

Litva

59.09%

2

Türkiyə

54.30%

3

Estoniya

53.13%

4

Latviya

43.95%

5

Azərbaycan

36.17%

6

Qazaxıstan

33.67%

7

Rusiya

28.90%

8

İran

18.47%

9

Tacikistan

18.41%

10

Gürcüstan

16.06%

11

Belarus

15.84%

12

Özbəkistan

15.63%

13

Moldova

14.21%

14

Ukrayna

11.57%

15

Qırğızıstan

9.74%

16

Ermənistan

4.88%

17

Türkmənistan

Məlumat yoxdur

Müəllimlərin 20 faizi xəstəliklər ucbatından peyvəndlənə bilməz?

Virusa yoluxub immunitet qazananlardan və peyvəndlənənlərdən savayı, avqustun 9-dan bəri səhhəti peyvənd vurdurmağa imkan verməyənlərə də “əks göstəriş sertifikatı” təqdim edilməyə başlanılıb. Hələlik, bu tip sertifikat alanların ölkə üzrə sayı açıqlanmasa da, Təhsil Nazirliyi təhsil işçiləri arasında bu sertifikatı alanlarla bağlı göstəriciləri açıqlayıb. Maraqlıdır ki, sertifikatın verilməyə başlandığı ilk 10 gün ərzində 41 min təhsil işçisi əks göstəriş sertifikatını əldə edib. Bu o deməkdir ki, ölkədəki hər beş təhsil işçisindən birinin peyvənd vurdurmağa əngəl olan xəstəliyi var. Nazirliyin açıqlamasında bildirilib ki, ölkədə hazırda 220 min təhsil işçisi çalışır. Onlardan 138 min nəfəri hər iki doza peyvənd vurdurub, 16 min 500 nəfərə yaxın təhsil işçisi də immunitet sertifikatı əldə edib.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button