2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycan korrupsiya səviyyəsinə görə 30 bənd aşağı düşüb

Natiq Cəfərli: “Hökumət mediada korrupsiya haqda informasiyaları araşdırımalıdır”

Azərbaycan korrupsiya səviyyəsinə görə dünyanın 180 ölkəsi arasında 152-ci yeri tutur. Beləliklə, ölkə ötən illə müqayisədə 30 bənd aşağı düşüb.

Turan” agentliyinin yazdığına görə, Beynəlxalq “Transparency İnternational” təşkilatının yanvarın 29-da dərc etdiyi Korrupsiya İndeksinin gəldiyi nəticə belədir.

Təşkilatın hesabatında qeyd edilir ki, son beş ildə Azərbaycanda korrupsiya səviyyəsində müsbət dinamika müşahidə olunsa da, ötən il ölkədəki mənfi proseslərin gizlədilməsi məqsədilə Avropa qurumlarının ələ alınması faktları aşkar edilib.

Saytların yığılması Saytlarin yigilmasi

“Xüsusən, “Azərbaycan landromatı” hesabatı Avropa Şurası deputatlarının mütəşəkkil şəkildə ələ alınması, böyük pul məbləğlərinin köçürülməsi faktlarını aşkar edib”, – hesabatda qeyd edilir.

Korrupsiya İndeksində Gürcüstan 41-ci, Ermənistan 105-ci, Rusiya və İran 138-ci yeri tutub.

Korrupsiya İndeksi ekspertlər tərəfindən məlumatların təhlili əsasında müəyyən edilir.

Natiq Cəfərli
Natiq Cəfərli

ReAL İdarə Heyətinin üzvü Natiq Cəfərli Meydan TV-yə deyib ki, təşkilat hesabatlarını çox ciddi indikatorlara əsasən hazırlayır.

Onun sözlərinə görə, ən vacib indikatorlardan biri odur ki, hökumət yerli və xarici mediada korrupsiya haqda açıqlanan informasiyaları araşdırımalıdır.

“Əgər bu araşdırma yoxdursa, deməli, hökumət həmin korrupsiya sxemlərinin aşkarlanmasında maraqlı deyil. Bu, kifayət qədər ciddi indikatordur. Azərbaycanın 30 bənd aşağı düşməsi məhz onunla bağlıdır ki, ötən il yerli və xarici mətbuatda “pulyuyan maşın” başlıqlı məlumatlar və araşdırmalar yayıldı. Ancaq dövlətin müvafiq qurumları bu istiqamətdə heç bir tədbir görmədiyi üçün Beynəlxalq “Transparency İnternational” təşkilatına əsas verir ki, hökumətin korrupsiya sxemində maraqlı olduğu qənaətinə gəlsin. Ona görə Azərbaycanın reytinqi aşağı düşdü”.

Maraqlı xəbərlər üçün Az24saat.orgFACEBOOK səhifəmizi izləyin

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button