2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycan Kosovonun ÜGT-yə üzvlüyünün əleyhinədir

“Azərbaycan Kosovonun müstəqilliyini tanımır və birtərəfli elan olunan müstəqillik beynəlxalq hüquqa ziddir”.

Aprelin 20-si Ümumdünya Gömrük Təşkilatının (UGT) Avropa Regionu Gömrük Xidmətləri Rəhbərlərinin Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən konfransındakı çıxışında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev belə deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Komitə sədri Azərbaycanın Kosovonun UGT-yə üzvlüyü ilə bağlı mövqeyini açıqlayıb.

O, bu məsələnin ÜGT-nin 2012-ci ildə keçirilən sessiyalarında qaldırıldığını, məsələnin müzakirəyə çıxarılmasını doğru hesab etmədiklərini xatırladıb. A.Əliyev deyib ki, Azərbaycan da ərazi toxunulmazlığı problemi ilə üzləşib. ÜGT-nin siyasi məsələlərin meydanına çevrilməsi yolverilməzdir.

“ÜGT-nin qarşısında həlli vacib problemlər durduğu halda, gömrük məsələləri üzrə dövlətlərin əməkdaşlığı üçün yaradılmış bir təşkilatın iclaslarında siyasi məsələlərə yer ayrılmamalıdır. Üstəlik, Kosovo ilə bağlı məsələ 2012-ci ildə ÜGT-nin Siyasi Komissiyasında müzakirə olunub. Kosovonun təşkilata üzvlüyə qəbul edilməməsi barədə qərar verilib. Bu qərar qüvvədə olduğu üçün Azərbaycan tərəfi üzvlük məsələsinin yenidən müzakirəyə çıxarılmasını məqsədəuyğun saymır”, A.Əliyev bildirib.

Konfransda UGT-nin fəaliyyət dairəsinə aid məsələlər müzakirə olunub. Tədbir bu gün, aprelin 21-də başa çatacaq.

Xatırlatma

Kosovo 2008-ci il fevralın 17-də birtərəfli qaydada Serbiyadan ayrılaraq özünün müstəqilliyini elan edib. Serbiya, eləcə də onun müttəfiqi olan Rusiya Kosovonun müstəqilliyinə qarşıdır. Onun beynəlxalq birliklərdə təmsilçiliyinə maneələr yaradır.

Kosovonun müstəqilliyini ABŞ və Avropa Birliyinin əksər üzvləri də daxil olmaqla 110-dan çox ölkə tanıyıb.

Azərbaycan isə həmişə Kosovonun müstəqilliyinin əleyhinə olub və Serbiyanın ərazi bütövlüyünü dəstəkləyib. Azərbaycan Kosovonun Qarabağ münaqişəsindən ötrüprezident rolu oynaya biləcəyindən ehtiyatlandığını bəyan edir.

Ancaq bəzi müxalifət partiyaları fərqli düşünür. Onlar hesab edirlər ki, bu iki məsələni eyniləşdirmək düzgün deyil. Azərbaycan hakimiyyəti sadəcə Rusiyanın mövqeyi ilə hesablaşır.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button