2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Meliorasiya və Su Təsərrüfatı ASC-də kotirovka sorğusu korrupsiyası

"Gəlin direktorla görüşün..."

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti kotirovka sorğusu elan edib.

24saat.org xəbər verir ki, bu elan 2021-ci il 12 avqust tarixindən mətbuatda yer alıb. Elanın mətni belədir: “Sorğu Şəmkir Maşın Kanalının II növbəsinin zonasında təsərrüfatlararası paylayıcı kanalların tikintisi obyektinin I və II mərhələləri (P1, P2, P3, P4, P5, P6, P7 və P8) üzrə tikinti altına düşən 937 mülkiyyətçiyə məxsus daşınmaz əmlakların qiymətləndirilməsinin satın alınması məqsədilə keçirilir. İddiaçılar öz təkliflərini möhürlənib imzalanmış şəkildə, ikiqat bağlı zərfdə (əsli və surəti olmaqla) təqdim etməlidirlər. Təklif zərfləri 27 avqust 2021-ci il saat 11.00-da açılacaqdır”.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin 39 üzvü kotirovka sorğusu verən “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti ilə əlaqə saxlayaraq sorğuda iştirak etmək niyyətini açıqlayıb və “Şərtlər torplusu”nu istəyib. Həngamə də bundan sonra başlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti “Şərtlər torplusu”nu verməkdən imtina edib. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən redaksiyamıza bildiriblər ki, müdiriyyətin qanunsuz hərəkətindən hüquq mühafizə orqanlarına şikayət hazırlayıblar: “Müdriyyətdə Rəfael müəllimlə əlaqə saxladıq.

“Şərtlər torplusu”nu o bizə təqdim etməlidir. “Şərtlər toplusu”nu istəyirik, deyir sizə sorğu göndərmişik? Yox cavabını veririk, deyirik elan verilib, elan əsasında müraciət edirik. Deyir ki, biz hansı şirkətlərə sorğu vermişik, tenderdə o şirkətlər iştirak edə bilər! Belə özbaşınalıq olar?” Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən bildiriblər ki, Rəfael adlı müdiriyyət rəsmisi “Şərtlər toplusu”nu vermək üçün şərt irəli sürüb: “Deyir ki, gəlin direktorla görüşün, direktor “hə” desə, sizə “Şərtlər toplusu”nu verim. Gəlməsəniz, şərtlər toplusunu verməyəcəyik. Ona görə də hüquq mühafizə orqanlarına Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin 39 üzvü adından müraciət hazırlayırıq ki, cinayət işi başlanılsın. Araşdırılsın görək ki, Rəfael müəllimin irəli sürdüyü şərt qanunidir yoxsa qanunsuz”.

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button