2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

Azərbaycan millisi Avropa çempionatının qalibi oldu

Avstriyanın Obervart şəhərində cüdo üzrə Avropa açıq çempionatına yekun vurulub. Azərbaycan Cüdo Federasiyasının saytı xəbər verir ki, millimiz yarışın ikinci günündə də medalsız qalmayıb.

90 kq çəki dərəcəsində mübarizə aparan Firudin Dadaşov beynəlxalq turnirin bürünc medalını qazanıb. Kanada, Avstriya, Rusiya və İtaliya cüdoçularına qalib gələn yığmamızın üzvü yalnız çempionatda birinci yeri tutan Yaponiya təmsilçisinə uduzub.

Beləliklə, Azərbaycan cüdoçuları Obervart turnirini 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar. Dadaşova qədər Orxan Səfərov, Mehman Sadıqov “qızıl”, Telman Vəliyev “gümüş”, Vüqar Şirinli isə “bürünc”ə sahib olub.

Saytların yığılması Saytlarin yigilmasi

Yekun nəticədə cüdo yığmamız medalların sayı və əyarına görə bütün ölkələri qabaqlayaraq, birinci yeri tutub. (Apasport.az)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button