2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Azərbaycan millisi Millətlər Liqasında ilk xalını qazandı

Serbiyadakı oyundan qol səsi çıxmadı

Mənbə: AFFA

Bu gün futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.
İtaliyalı baş məşqçi Canni De Byazinin rəhbərlik etdiyi milli komanda Belarus yığması ilə qarşılaşıb.
Oyun Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda keçirilib. Bunun səbəbi Belarusun Ukraynaya hücum edən Rusiyanı dəstəkləməsinə görə UEFA tərəfindən cəzalandırılmasıdır. UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Belarusun yığma komandaları və klubları ev oyunlarını neytral ölkədə keçirməlidir, həmin qarşılaşmalarda azarkeşlər iştirak etməməlidir.
Beləliklə, Belarus – Azərbaycan matçı neytral meydanda, boş tribunalar önündə keçirilib. Oyun isə qolsuz heç-heçə ilə başa çatıb – 0:0. Bu oyunda qazanılan 1 xal Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı ilk xalı olub.
Azərbaycan millisi Millətlər Liqasının 1-ci turunda səfərdə Qazaxıstan yığmasına 0:2 hesabı ilə məğlub olmuşdu.

The post Azərbaycan millisi Millətlər Liqasında ilk xalını qazandı appeared first on MEYDAN.TV.

Saytların yığılması Saytlarin yigilmasi

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button