2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Azərbaycan minalar əleyhinə Konvensiyaya niyə qoşulmayıb? (VIDEO)


Qarabağda 44 gün davam edən müharibə zamanı işğaldan azad olunan ərazilərə qayıdış planı həm də bu ərazilərin minalardan tam təmizlənməsindən aslıdır.

Qeyri-rəsmi məlumatlara görə minalardan təmizləmə prosesi azı 10 il çəkə bilər. 

Hələlik bununla bağlı hər hansı rəsmi açıqlama yoxdur. 

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin – ANAMA-nın apardığı tədqiqata görə 350 milyon kvadrat metrdən 830 milyon kvadrat metrədək ərazidə 50 mindən 100 minədək mina yerləşdirildiyi güman edilir.

Məlumata görə bu ərazilərin hamısı atəşkəs xətti boyunca yerləşən, müharibə təsirinə məruz qalan və Ermənistanla sərhəd rayonlarda yerləşir. 

Hüquqşünas, Bakı Dövlət Universitetində beynəlxalq hüquq üzrə müəllimi Ellada Abbasova deyir ki, ümumiyyətlə ərazilərin minalardan təmizlənməsi uzun müddət, qüvvə və vəsait tələb edən bir prosesdir.

Onun sözlərinə görə, bu prosesi daha təhlükəsiz, qısa müddətə yekunlaşdıra bilmək üçün beynəlxalq təşkilatların dəstəyi qaçılmazdır.

 

Konvensiyanın üzvü deyilsənsə…

Hüquqşünas bildirir ki, 1999-cu ildə BMT-də minalar əleyhinə Konvensiya qəbul olunub və konvensiyaya qoşulan dövlətlərə həm ərazilərin minaların təmizlənməsində, həm də mina qurbanlarına qayğıda dəstək göstərilir. Amma Azərbaycan hələki bu konvensiyaya qoşulmayıb: 

“Yəni, burada konvensiyaya qoşulmaqla yalnız minalardan istifadə edilməyəcəyi ilə bağlı öhdəlik götürmürsən. Minaların istehsalı, daşınması, saxlanması və sair kimi öhdəliklərdən başqa həm də üzv dövlətlər bir-birlərinə yardım edirlər. Çünki minalanmış ərazilərdə həlak olanlardan başqa, həm də ciddi xəsarət alanlar, zərərçəkən qurbanlar var. Üzv dövlətlər qurbanlara yardım təşəbbüsü ilə də çıxış edir”. 

Minalar əleyhinə Konvensiyanın tətbiqi ilə bağlı Cenevrədəki katibliyin direktoru Ruan Xuan Karlos deyir ki, Konvensiyaya üzv olmadığı üçün Azərbaycana belə bir dəstək nəzərdə tutulmur.

O vurğulayır ki, Konvensiyanın 164 tərəfdaşı var, və həmin dövlətlər bir-birlərinə dəstək olmaqla yanaşı, həm də mina istehsal etməmək, saxlamamaq kimi öhdəliklər də götürürlər: 

“Biz xeyli nəticələr əldə etmişik. 1999-cu ildən, Konvensiya qüvvəyə minəndən bəri 53 milyon partlamamış mina məhv edilib. 33 dövlət öz ərazilərinin minalardan tam təmizlənməsi prosesini yekunlaşdırıb. Minadan zərərçəkənlərə və qurbanlara xeyli dəstək göstərilib. Hələki 32 dövlət bu konvensiyaya qoşulmayıb. Onların arasında Azərbaycan və Ermənistan da var”. 

 

Siyasi məsələ ola bilər

Ruan Xuan Karlos düşünür ki, Azərbaycan və Ermənistanın bu Konvensiyaya qoşulmaması siyasi məsələ ola bilər.

Onun fikrincə, münaqişə tərəfləri olan Azərbaycan və Ermənistan ola bilər ki, ilk olaraq, digərinin bu sənədi imzalamasını gözləyir. 

Azərbaycan hökuməti bu Konvensiyaya hələ də qoşulmamasının səbəbini açıqlamayıb. 

Amma Azərbaycanda 1998-ci ildə Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik yaradılıb. Bu agentliyin minalardan təmizlənməsi işinə NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramı dəstək verir. 

Bundan başqa minaların təmizlənməsi prosesinə noyabrın 10-da Qarabağda döyüşlər dayanandan sonra Rusiya və Türkiyənin mina istehkamçıları qoşulub.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Qarabağda döyüşlər başlayıb. Azərbaycan noyabrın 10-da elan olunan atəşkəs razılaşmasına qədər 280 civarında kəndi, dörd qəsəbə, Şuşa və daha dörd şəhəri işğaldan azad etdiyini açıqlayıb.

Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan atəşkəs razılaşmasına görə Ermənistan işğalda olan Kəlbəcər, Ağdam və Laçın rayonlarından da qoşunlarını geri çəkib.

Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. 

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button