2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycan MN: 9 dəfə təxribat törədilib

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, “ötən sutka  ərzində (iyulun 25-də)  erməni silahlı birləşmələri  ümumilikdə 9 dəfə təxribat xarakterli silahlı insident törədib”

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, “ötən sutka ərzində (iyulun 25-də) erməni silahlı birləşmələri ümumilikdə 9 dəfə təxribat xarakterli silahlı insident törədib”.

Bu barədə nazirliyin iyulun 26-da yaydığı məlumatda qeyd edilir.

Nazirlik vurğulayır ki, bunlardan 2-si Azərbaycan-Ermənistan dövlət sərhədində baş verib. Bildirildiyinə görə, Azərbaycan ordusunun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atəşə tutulub:

“Digər 7 insident isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Tərtər, Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutmaqla qeydə alınıb.”

Açıqlamaya görə, bütün hallarda qarşı tərəfə cavab verilib.

Hələlik, bu açıqlamaya qeyd edilən qarşı tərəflərin münasibəti bəlli deyil.

Xatıarlatma

1988-ci ildə başlanan Qarabağ münaqişəsi az sonra Azərbaycan və Ermənistan arasında silahlı toqquşmalarla nəticələnib.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button