2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Azərbaycan müəllimi 133 il sonra fransız “praktikant” qədər maaş ala bilər – ÖZƏL

Xəbər verdiyimiz kimi, ölkə başçısı müəllimlərin maaşının artırılması ilə bağlı sərəncam imzalayıb.

24saat.org saytı xəbər verir k, bu xəbəri sevinclə qarşılayanlarla yanaşı, ağız büzənlər də olub.

Bəs bu artım maaşa nə qədər təsir edəcək? Hazırda ayda 120 manatdan başlayaraq daha yuxarı maaş alan müəllimlər var. Yəni ölkədə müəllimlərin orta aylıq maaşı 350 manatdır. Artımdan sonra (digər çıxılmaları nəzərə almasaq) orta maaşın 385 manat olacağı gözlənilir. Dünya ölkələri ilə müqayisə üçün bu məbləği dollara çevirsək, 226 dollar edir. Sözügedən müqayisəyə keçməzdən əvvəl deyək ki, Fransada təcrübə keçən müəllimin maaşı 1100 dollardır.

Saytların yığılması Saytlarin yigilmasi

Beləliklə, ölkə başçısının hər seçki ili müəllimlərin maaşını 10 fazi artıracağını düşünsək, o zaman Azərbaycan müəllimini müjdələyə bilərik – əgər bundan sonra İlham Əliyev 19 dəfə də 7 illiyinə prezident seçilsə, cəmi 133 il sonra ölkəmizdə müəllimlərin orta aylıq əmək haqqı bu gün Fransada təcrübə keçən müəllimin aldığı maaşa bərabər olacaq!

Nəzərə alsaq ki, Yaponiyada ibtidai sinif müəllimin maaşı 2000 dollardır, o zaman bundan sonra 24 dəfə, başqa sözlə 168 il də İlham Əliyevin prezident seçilməsi üçün çaba sərf etmək lazımdır.

İndi isə dünyanın digər ölkələrində müəllimlərin maaşına nəzər salaq.

ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Avstraliya və Yaponiyada yaşayan müəllimlər Azərbaycanla müqayisədə təxminən, 10 dəfə artıq maaş alır. Bu barədə təhsil eksperti Kamran Əsədov məlumat yayıb.

Amerika Birləşmiş Ştatlarında müəllimlik qadın peşəsi olaraq görülür. Burada müəllimlər ortalama 3 min dollar maaş alırlar. Müəllimlər üçün paltar zəruriliyi yoxdur. Bu ölkədə müəllimlərin ən böyük problemi şagirdlərin intizamsız olmasıdır. 20 il müddətində müəllimlik etmiş şəxs 55 yaşında təqaüdə çıxmaq haqqına sahib olur.

Almaniyada isə müəllimlərin tək məcburiyyəti öz iş yerlərini özlərinin tapmaq məcburiyyətində olmalarıdır. Müəllimlik bu cəmiyyətdə ən çox tətil haqqına sahib olan peşə kimi qiymətləndirilir. Maaşları 2-3 min dollar arasında dəyişir. 35 illik müəllimlik stajı olan şəxslər 63 yaşında təqaüdə ayrılırlar.

Avstraliyada isə birinci dərəcəli müəllimlər ayda orta hesabla, 2500 dollar maaş alırlar. Müəllimlər üçün pensiya yaşı isə 55 olaraq qəbul olunur.

Çində müəllimə hörmət etmək qanunla tənzimlənir. Ümumi olaraq, bank işçiləri ilə eyni maaşı alırlar. 10 sentyabr Çində müəllimlər günü olaraq qeyd olunur.

Fransada praktikant müəllim 1100 dollar, 30 illik stajı olan müəllim isə 2500 dollar maaş alır. Müəllimlər üçün müxtəlif karyera qrupları var. Həmçinin, onlara öyrədici fəaliyyətlər üçün əlavə vəsait də verilir. Pensiya yaşı minimum 60 yaş olaraq qəbul olunub.

Böyük Britaniyada müəllimlər ortalama 5 min dollar ətrafında maaş alırlar. Bu ölkədə müəllim üçün qoyulan şərt tam gün ərzində tədris prosesində iştirak etmələridir.

Yaponiyada müəllim dövlət qulluqçusu statusu daşıyır. Yeni başlayan ibtidai sinif müəllimi aylıq 2 min dollar maaş alır. 25 illik iş stajı olan müəllim isə 65 yaşında təqaüdə çıxır.

Amma bir məsələni də qeyd edək ki, xarici ölkələrdə müəllimlərin yüksək məbləğdə əmək haqqı alması onların heç də az işləməsi də demək deyil. Məsələn, TALIS (Teaching and Learning International Survey) tədqiqatı göstərib ki, Böyük Britaniyada müəllimlər tədris ili ərzində orta hesabla, həftədə 46 saat işləyirlər. Bu isə müvafiq beynəlxalq normadan (38 saat) 8 saat artıqdır. Bununla belə, Britaniya müəllimləri sinifdə daha az vaxt keçirir, vaxtlarının böyük hissəsini başqa tapşırıqlara həsr edirlər.

Finlandiyalı müəllimlər 32 saatlıq iş həftəsinə malikdir. İtaliyada isə müəllimlər həftə ərzində 29 saat işləyirlər.

Ümumiləşdirmədə, müəllimin orta iş həftəsi 38 saatdır. Müəllimlərin daha çox işlədiyi Yaponiyada həftəlik iş vaxtı 54 saat təşkil edir.

Hər kəsə məlumdur ki, bu gün orta məktəblərdə övladlarımıza bilik verən müəllimlərin böyük faizini qadın müəllimlər təşkil edir. Kişi müəllimlər məktəblərdən “qaçaq düşüb”. Statistikaya görə, hətta orta məktəblərdə çalışan müəllimlərin 70%-dən çoxunu qadın müəllimlər təşkil edir. Bəs, bu məsələdə dünyada vəziyyət necədir?

Qadın müəllimlərin sayına görə Latviya liderlik edir. Qadınlar bu ölkədə müəllimlərin ümumi sayının 88,7, Estoniyada 84,5, Slovakiyada 81,8, Bolqarıstanda 81,2, İtaliyada 78,5, Çexiyada 76,5, İsraildə 76,3, Polşada 74,9 faizini təşkil edir.

Müəllimlər arasında qadınların sayının ən az olduğu ölkələrə isə Niderland (54,6 faiz), Meksika (53,8 faiz) və Yaponiyanı (39 faiz) misal göstərmək olar.

Bildiyiniz kimi Azərbaycanda hər il Təhsil Nazirliyi tərəfindən müəllimlər imtahanla orta məktəblərə qəbul edilirlər. Son qəbul ilində 2500-ə qədər gənc orta məktəblərə qəbul edildi. Buna baxmayaraq, Azərbaycanda müəllimlərin orta yaşı 48-dən yuxarıdır. Beynəlxalq tədqiqata əsasən, müəllimlərin 68 faizi qadınlardır, onların orta yaşı isə 48 yaşdır.

Deməli, Azərbaycanda müəllimlərin orta yaşı normaldır. Bu məsələdə dünya təcrübəsindən missal gətirim:

Dünyada müəllimlərin orta yaşı belə dəyişir: İtaliyada – 48,9, Estoniyada 47,9, Bolqarıstanda 47,4 yaşdır. Ən gənc müəllimlər isə Malayziyada (38,9), Əbu-Dabidə (Birləşmiş Ərəb Əmirlikləri) (38,7), Sinqapurda (36) işləyir.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button