2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Azərbaycan Müdafiə Nazirliyi Qarabağa hərbi sursat gətirildiyini iddia edir

Yayımlandı: 24 Mart 2023 19:59

Rusiya sülhməramlı kontingentinə məxsus 1 ədəd ZTR-82A döyüş maşını, ermənilərə məxsus 3 ədəd tentli KamAZ və üzərində yanacaq çəni olan 1 ədəd KamAZ avtomobilinin hərəkəti texniki müşahidə vasitələri tərəfindən qeydə alınıb”

Müdafiə Nazirliyi Rusiya sülhməramlılarının müşayiəti ilə Qarabağdakı erməni silahlı birləşmələrinə hərbi texnika gətirildiyini iddia edir. Nazirliyin yaydığı məlumata görə, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımaları icra edən kolonun hərəkəti müəyyən edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bildirilir ki, Rusiya sülhməramlı kontingentinə məxsus 1 ədəd ZTR-82A döyüş maşını, ermənilərə məxsus 3 ədəd tentli KamAZ və üzərində yanacaq çəni olan 1 ədəd KamAZ avtomobilinin hərəkəti texniki müşahidə vasitələri tərəfindən qeydə alınıb.

“Rusiya sülhməramlı kontingenti tərəfindən həyata keçirilən bu cür fəaliyyətlər üçtərəfli Bəyanatın müddəalarının icrası ilə bağlı üzərlərinə düşən vəzifə borclarının yerinə yetirilməməsidir. Vəzifə və öhdəliklərinin əksinə olaraq Azərbaycanın Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən qeyri-qanuni erməni dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər maddi-texniki təminat vasitələrinin daşınmasını müşayiət etməklə sərbəst hərəkətinə şərait yaradılması əldə edilmiş razılıqların sülhməramlı kontingent tərəfindən kobud şəkildə pozulması deməkdir. Belə hallara dərhal son qoyulmalıdır”, – deyə Müdafiə Nazirliyininməlumatında qeyd olunur.

Nazirlik hesab edir ki, mütəmadi baş verən bu kimi qeyri-qanuni fəaliyyətlər Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasının zəruri olduğunu göstərir.

Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımaların həyata keçirilməsi məqsədilə mühəndis və xüsusi texnikanın cəlb edilməsilə Xankəndi-Xəlfəli-Turşsu yolundan şimalda keçən yeni Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun çəkilməsi müəyyən edilib.
Ermənistan tərəfinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda qanunsuz fəaliyyətlər həyata keçirməklə üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozması, eləcə də sülhməramlı kontingentin üzərinə düşən vəzifə borcunu yerinə yetirməməsi bölgədə gərginliyin artmasına zəmin yaradır”,
– qurumun digər məlumatında bildirilir.

Nazirlik bəyan edir ki, “bu kimi təxribatlar və qanunsuz fəaliyyətlər nəticəsində baş verə biləcək tələfata görə” bütün məsuliyyət rəsmi Yerevanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Müdafiə Nazirliyinin bu məlumatları Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın açıqlamasından sonra yayılıb.

Martın 24-də Ermənistan XİN rəhbəri Laçın dəhlizi ətrafında yaranmış vəziyyətlə bağlı beynəlxalq ictimaiyyətin fəal iştirakının və Beynəlxalq Məhkəmənin qərarını yerinə yetirməsi, blokadanın aradan qaldırılması üçün Azərbaycana təzyiq göstərilməsinin vacibliyini vurğulayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button