2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycan müxalifətçilərə təzminat ödəyəcək

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) dekabrın 15-də Azərbaycandan göndərilən altı şikayət üzrə üç qərarını elan edib. Onlardan biri müxalif fəallarla bağlıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Hüquqşünas Xalid Ağalıyevin AzadlıqRadiosuna bildirməsinə görə, narkotikdə ittiham olunmuş dörd müxalif fəalın ərizələri ilə bağlı birgə qərarda azadlıq və toxunulmazlıq hüququnun pozuntusu tanınıb. Söhbət AXCP fəallarından Cabbar Savalanlı, Murad Ədilov, Müsavat başqanının müavini Fərəc Kərimli və onun qardaşı Sirac Kərimlidən gedir. Hökumət Sirac, Fərəc Kərimli qardaşlarına 20 min (əlavə 3 min hüquq xərc), M.Ədilova 10 min (əlavə 2 min hüququ xərc) C.Savalanlı işində 10 min avro mənəvi zərər əvəzi ödəyəcək.

Hələlik, bu qərara Azərbaycanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

C.Savalanlı 2011-ci ilin fevralında həbs olunmuşdu, ona Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan şəxsi istifadə üçün zəruri olan miqdardan artıq qanunsuz narkotik vasitələri saxlama) maddəsi üzrə ittiham irəli sürülmüşdü. Sumqayıt Şəhər Məhkəməsi ona 2 il 6 ay həbs cəzası verib. İttihamı qəbul etməyən cəbhəçi gənc həmin ilin dekabrında əfv sərəncamı ilə azadlığa çıxıb.

Müsavat üzvləri Fərəc və Sirac Kərimli qardaşları 2014-cü ilin iyulunda saxlanıblar. S.Kərimli 6, F.Kərimli 6 il yarım həbs cəzası alıb. S.Kərimli 2016-cı ilin martında əfv edilib, F.Kərimli isə ittiham edildiyi maddəsi dəyişdirildiyindən həmin ilin dekabrında azadlığına qovuşub. Onlar da ittihamı qəbul etməyiblər.

AXCP üzvü, “Azadlıq” qəzetinin köşə yazarı Natiq Ədilovun qardaşı olan M.Ədilov isə 2014-cü ilin avqustunda saxlanmışdı. O da narkotikdə ittiham edilib 6 il həbs cəzası almışdı. İttihamı qəbul etməyən Ədilov vaxtından əvvəl, 2018-ci ildə şərti azadlığa buraxılıb.

Hüquq müdafiə təşkilatları onları siyasi məhbus kimi tanıyıb. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı fikirləri qəbul etmirlər.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button