2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycan müxalifəti xarici qoşunların Qazaxıstandan çıxarılmasını tələb edib

Bakı/09.01.22 Azərbaycanın Demokratik qüvvələrinin Milli şurası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstana hərbi qüvvə yeritməsi ilə bağlı bəyanatla çıxış edib.

Qurumun sədri Cəmil Həsənli tərəfindən yayılan sənəddə deyilir:


“Məlum olduğu kimi, Qazaxıstanda xalq etirazları (sonradan dağıdıcı

Saytların yığılması Saytlarin yigilmasi

hallarla da müşaiyət olunmaqla) fonunda bu ölkənin prezidenti Qasım

Comərd Tokayev Qazaxıstanın da üzv olduğu Kollektiv Təhlükəsizlik

Müqaviləsi Təşkilatına (KTMT) muraciət edərək, hərbi qüvvə yardımı

istəyib və əsasən Rusiya hərbçilərindən təşkil olunan hərbi kontingent

yanvarın 6-dan etibarən Qazaxıstana yeridilib.

Milli Şura olaraq bildiririk ki, KTMT-in öz sənədlərində də bu hərbi

ittifaqın müdafiə xarakterli olduğu və üzv dövlətlərdən hər hansı

birinə yalnız həmin dövlət xarici hərbi müdaxiləyə məruz qalacağı

təqdirdə hərbi yardım göndərə biləcəyi qeyd edilir. Qazaxıstana hər

hansı hərbi müdaxilə olmayıb, ona görə də KTMT-in ora ordu göndərməsi

hətta öz daxili nizamnamə qaydalarına əsasən də qanunsuzdur.

Qazaxıstan Respublikasının konstitusiyasına görə, dövlət başçısının

hətta öz ordusundan belə xalqa qarşı istifadə etmək səlahiyyəti

yoxdur. Bu baxımdan prezident Tokayevin başqa dövlətlərin ordusunu

təkbaşına öz ölkəsinə çağırması səlahiyyət həddinin aşılmasıdır.

Müvafiq dövlətlərarası saziş, parlamentin razılığı olmadan xarici

ölkələrdən öz xalqına qarşı hərbi yardım almaq Qazaxıstanın özünün də

suveren qanunvericiliyinə ziddir.

Bizi ən çox narahat edən odur ki, Azərbaycana dost-qardaş saydığımız

Qazaxıstanın dövlət suverenliyi bu şəkildə məhdudlaşdırılır.

Perspektivdə onun həm müstəqilliyi, həm də ərazi bütövlüyü üçün

müəyyən təhlükələrin əlamətləri görünür. Bizi həm də o narahat edir

ki, Rusiyanın liderlik etdiyi KTMT xalqları tərəfindən seçilməyən,

dəstəklənməyən və dəyişdirilməsi istənilən, xalqlarından mandat

almayan avtoritar liderlərin zor gücünə müdafiəsini öz üzərinə götürən

bir quruma çevrilir. Hesab edirik ki, KTMT-ə üzv dövlətlər həm

bir-birinin, həm də başqa dovlətlərin suveren hüquqlarına diqqətlə

yanaşmalı, heç bir xalqın fundamental hüquqlarının pozulmasında vasitə

olmamalıdırlar.

Bizi bütövlükdə Qazaxıstanda baş verənlər ciddi şəkildə narahat edir.

Təbii ki, Qazaxıstanda kütləvi etirazların, sonradan artıq zor

müstəvisinə keçmiş qarşıdurmanın yaranmasına əsas səbəb ölkədə sosial

problemlərin kəskinləşməsi və uzun illər ərzində hüquq və

azadlıqlarının məhdudlaşdırılması olub. Hesab edirik ki, dost və

qardaş qazax xalqı, Qazaxıstan hökuməti nə qədər çətin olsa da,

qarşılıqlı dialoq, bir-birini eşitmək yolu ilə ölkədə fundamental

hüquqları, xüsusən də sərbəst toplaşmaq azadlığını, çoxpartiyalı

sistemi, qanunun aliliyini, azad mətbuatı real surətdə təmin etməklə

daxili problemlərini özləri həll etmək iqtidarında olmalıdırlar. Biz

Qazaxıstanda xalqla hakimiyyət arasında hazırda yaşanan gərginliyə

kənar müdaxilələri zərərli hesab edirik. Hesab edirik ki, yaranmış

situasiyadan heç bir xarici qüvvə, indiki halda KTMT Qazaxıstanın

daxili işlərinə qarışmaq, oraya ordu yeritmək üçün istifadə etmək

fikrinə düşməməlidir. Hesab edirik ki, ən qısa müddətdə kənar ordular

Qazaxıstanı tərk etməlidir, Qazaxıstan öz problemlərini öz daxilində

həll etməyi bacarmalıdır.

Milli Şura olaraq prezident Tokayevin terrorçu adlandırdığı

etirazçılara xəbərdar etmədən atəş açmaq əmri verməsini

qeyri-proporsional güc tətbiqi hesab edərək, qınayırıq. Qazaxıstan

hakimiyyətini və etirazçıları qarşılıqlı şəkildə zorakılıqdan, qan

tökülməsindən imtinaya çağırırıq. Hesab edirik ki, ölkədaxili

qarşıdurmanı dayandırmanın yolu qarşılıqlı kompromisdən, dialoqdan və

qazax xalqının fundamental hüquq və azadlıqlarına hörmət olunmasından

keçir».—06-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button