2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycan NATO-dan razıdır

Bakıda NATO-Azərbaycan Məktəbinin (NISA) növbəti yay sessiyasının açılışı keçirilir. Tədbirdə müxtəlif ölkələrdən 40 tələbə və gənc alimin iştirak etdiyi bildirilir.

Açılış mərasiminə Xarici İşlər Nazirliyinin nümayəndələri də qatılıblar.

Saytların yığılması Saytlarin yigilmasi

APA-nın xəbərinə görə, nazirliyin Beynəlxalq Təhlükəsizlik Departamentinin rəhbəri Qaya Məmmədov çıxışında NATO-Azərbaycan münasibətlərinə toxunaraq, əlaqələrin səviyyəsindən razılıq ifadə edib.

«Azərbaycan NATO ilə əməkdaşlığın prinsiplərindən razıdır», – deyən Q.Məmmədov NATO-Azərbaycan əməkdaşlığının ərazi bütövlüyü və suverenliyə hörmət prinsipinə əsaslandığını qeyd edib.

Q.Məmmədov deyib ki, Azərbaycan NATO-nu beynəlxalq təhlükəsizliyə təminat verən təşkilat hesab edir. «Biz bu qurumun Sülh proqramında, Əfqanıstandakı missiyasında iştirak edirik. NATO ilə Azərbaycan arasında aktiv siyasi dialoq aparılır», – nazirlik təmsilçisi bildirib.

NISA-nın yay sessiyası iyulun 1-ə kimi davam edəcək. Sessiyanın budəfəki mövzusu «NATO-nun Varşava sammiti: Alyansın regional çağırışlara münasibətdə rolu»dur.

Azərbaycanın NATO ilə əlaqələri 1992-ci ildən başlayır.

2004-cü ildə Azərbaycan bu alyansın Fərdi Tərəfdaşlıq Əməliyyat Planına qoşulub. Ancaq son illər Azərbaycan rəsmiləri açıqca bildirirlər ki, NATO-ya üzvlük məsələsi gündəlikdə durmur. Müxalifət hakimiyyətin bu mövqeyini Rusiyanı qıcıqlandırmaq istəməmək və islahatlardan qaçmaq kimi dəyərləndirir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button