2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Azərbaycan nefti yenidən 51 dollara yaxınlaşır

Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.

Nyu-Yorkun NYMEX (New York Mercantile Exchange) birjasında «Layt» markalı neftin bir barrelinin qiymətinin 1.13 dollar bahalaşdığı bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

«Layt» neftin 49.34 dollara yüksəldiyi qeyd edilir.
Londonun ICE (InterContinental Exchange Futures) birjasında «Brent» markalı neftin bir barrelinin qiymətinin də 1.20 dollar artaraq 50.02 dollara çatdığı deyilir.

AZƏRTAC xəbər verir ki, «AzəriLayt» markalı neftin bir barrelinin qiyməti isə 2.40 dollar bahalaşaraq 50.98-ə yüksəlib.

Ötən həftə Böyük Britaniyanın Avropa Birliyindən çıxmaq (Brexit) qərarından sonra neft təqribən 6 faiz ucuzlaşmışdı.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button