2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti son illərin rekordunu vurub

Neftin qiymətləri ilə bağlı ekspertlərin fikirləri fərqlidir

“AzeriLight” markalı neftin 1 barelinin qiyməti 69,89 dollar təşkil edib, “Brent” markalı neftin qiyməti isə 68,23 dollar olub.

Bu barədə “Reuters” məlumat yayıb. Avstraliyanın “Rivkin Securities” şirkətinin təhlilçisi Uilyam Loklin neftin qiymətinin artmasında İranda son günlər baş verən hadisələrin də təsirli rol oynadığını qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

O, bu qiymətləri 2015-ci ildən sonra rekord hədd sayıb.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban İran olaylarının neftin qiymətinə təsiri barədə fikirləri bölüşmür:

“İranda hasilat, yaxud ixrac azalıb? Bu ölkədə hadisələr harda cərəyan edirdi, Məşhəddə, Qumda, Tehranda. İranın hasilatı Fars körfəzindədir. Yaxşı olardı, bu barədə danışanlar xəritəyə baxsınlar”.

Ekspert hesab edir ki, neftin qiymətinin artmasının bir səbəbi var.

“Amerika Neft İnstitutu yanvarın 3-də açıqlama yayıb ki, ötən həftəlik neft ehtiyatları 5 milyon barel azalıb. Nəticədə dünya birjaları buna çox kəskin reaksiya veriblər və qiymət artıb. Yanvarın 4-də axşam ABŞ Enerji Administrasiyası daha dəqiq rəqəmləri açıqlayacaq, o zaman neftin qiymətində korreksiya olacaq. İstənilən halda proqnozlar ehtiyatların azaldığını göstərir. Əgər azalma 5 milyon bareldən çox olsa, qiymətin artma ehtimalı da çox olacaq. Əks təqdirdə, qiymət 68 dollardan aşağı enəcək”.

Mərkəz rəhbəri bildirib ki, həftəlik qiymətlərdə bu cür dəyişiklik bazar iştirakçıları və neft şirkətləri üçün yenilik və dividend deyil.

“Bu, ancaq neft satanlar üçün qazanc mənbəyi ola bilər. Dövlətlər, şirkətlər neftin qiymətlərinə rüblük və illik yanaşırlar. Cari il üçün neftin orta qiymətini 55-57 dollar arasında görürlər. Ötən il “Brent” markalı neftin qiyməti 54 dollar oldu. 2016-cı ilin 30 noyabr tarixində OPEC ölkələri kvotanı azaltdı və ona dəstək olan dövlətlər də ona qoşuldu, o zaman ədalətli qiymət 55-60 dollar civarında sayılırdı. Bir ildən çox keçsə, bu ədalətli dəhlizə çatılmayıb. Əgər qiymət 55-60 dollar arasında olarsa, onda 30 noyabr qərarının həyata keçməsi sayılacaq”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button