2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycan Niderland məhsullarını boykot edə bilərmi?

Mirmahmud Mirəlioğlu: “Rəsmi Bakı istəsə belə bir addım ata bilər, amma…”

Türkiyə-Niderland qarşıdurması fonunda həm Azərbaycan iqtidarı, həm də müxalif siyasi partiyaların rəsmi Ankaraya dəstəyi davam edir. Maraqlıdır, Azərbaycan bu gərginliyin artacağı təqdirdə Türkiyəyə dəstək məqsədi ilə Niderland məhsullarını boykot edə bilərmi?

24saat.org-a açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu bunun prinsipcə mümkün olduğunu, lakin rəsmi Bakının astagəlliyinin bu yolda ən böyük problem olduğunu vurğuladı:

Saytların yığılması Saytlarin yigilmasi

“Azərbaycan istəsə belə bir addım ata bilər. Amma yəqin ki, bunu etməyəcək. Çünki Azərbaycan bütün məsələlərdə astagəldir. Məncə dəstək sadəcə bəyanatlarla olmamalıdır. Biz Türkiyənin yanında olmalı, ona daha ciddi dəstək verməliyik.

Bu gün bütün dünyada, eləcə də Azərbaycana bir anti-türk kampaniyası var. Parlamentdə də anti-türkçülər danışmağa başlayıb. Onlar “azərbaycanlıyam” deyib daha bərkdən qışqırırlar. Dünyada gedən bu proseslə Azərbaycandakı proseslər bir-biri ilə bağlıdır. Təbii ki, biz baş verənlərə qarşı eyni mövqedən çıxış etməliyik. Azərbaycanın iqtidarı da, müxalifəti də, ictimaiyyəti də bu məsələdə doğru yolda olmalıdır”.

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button