2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycan niyə Norveçə yox, Suriyaya çevrilməlidir?

Hər şey hakimiyyətin Azərbaycan cəmiyyətinin boyundan, düşüncəsindən, arzu və istəyindən çox-çox aşağı olmasıynan başladı. Yəni iqtidara idarəçilik barədə təsəvvürləri olmayanlar gəldi, gətirildi. İdarəçiliyi ağa-qul münasibətləri kimi başa düşdülər. İnsanların düşüncəsini, fikirlərini idarə etməyə çalışdılar.Qeybətlərə, dedi-qodulara başladılar. Bacarıqsızlıqları ucbatından, sadəcə, gecə və gündüzləri qarşılayıb, eləcə də gecə və gündüzləri yola saldılar. Hakimiyyətin təhqiri, yalanı tərəfdarları tərəfindən coşqunluqla qarşılanırdı. Onlardan biri-“ dayanın, belə idarəçilik olmaz”- demədi. Bütün yanlışlıqlar indi də özünün əks təsirini göstərməkdədir. Yəni, söyən, təhqir edən söyülür, təhqir edilir. Bir sözlə, idarəçilik əkdiyini biçməkdə, yeməkdə ! “Nuş olsun”!

İdarəçilik üzünə məsumluq verməklə, təmizlik qiyafəsinə bürünməklə ictimaiyyəti aldada bilməz. KİV şahiddir. Hər günü yaddaşında (arxiv) saxlayır. Bu da bir həqiqətdir ki, iqtidar öz fəaliyyətinin yalan və böhtandan ibarət dövrünün 25 cildliyini tirajlayıb çapa buraxa bilər.

Ölkə əhalisi hamılıqla hakimiyyətin təklif etdiyi “oyunun” mərkəzindədir. Hiss olunur ki, bu “oyun” (sağlam mübarizəyə söykənməyən yaşadığımız həyat) iqtidarı hələ də narahat etmir, qorxutmur. Canına üşütmə salmır. İtgiyə verdiyi illərin xiffətini yaşamır.

Saytların yığılması Saytlarin yigilmasi

Hakimiyyət getməlidir. Tərksilah edilmiş Azərbaycan xalqının səsi, hüququ özünə qaytarılmalıdır. Xalq öz idarəçiliyini formalaşdırmalıdır. Siyasi baxışından, yanaşmasından asılı olmayaraq hər bir vətəndaş cəmiyyətin vacib bir üzvü kimi dəyərləndirilməlidir. Bu gün çox təəssüflər olsun ki, siyasi komandanın yarıtmazlığı nəticəsində Respublikamız futbol meydançasını xatırladır. Bu “meydançada” topu əvəz edən söyüşdür, təhqirdir. Azərbaycan insanı millət məfhumundan tamaşaçı formasına qədər enmək təhlükəsiylə üz-üzə!

Gəlin, etiraf edək ki, ölkə əhalisi bu gün ictimai-siyasi həyatda ləyaqət qıtlığını müşahidə edir. Ləyaqətə söykənməyən cəmiyyətlər hüquq və azadlıqlardan çox uzaqdadır.

Yaltaqlıq cəmiyyətdə bütün müsbət vacibatları öldürür. Ləyaqəti ölən ictimaiyyətlər insan “sürüsünə” bənzəyir. O cür “sürülər” “zopayla”, “yumruqla” idarə olunur.

Azərbaycan insanı Ərazi bütövlüyünün müdafiəsinə qalxdığı kimi, insani dəyərinin, insani ləyaqətinin də müdafiəsinə qalxmalıdır. Azərbaycan Respublikasını bu bəsit hakimiyyəti dəstəkləyənlər yox, Xalqı, dövləti dəstəkləyənlər xilas edəcək. Bir həqiqəti də bölüşmək istəyirəm. Bizi bir dövlət kimi zəif görmək istəyənlər siyasi baxımdan bu hakimiyyətin uzun ömürlülüyünə maraqlıdırlar. O qüvvələr üçün bu iqtidar “göydən düşmədir”.

İqtidardan, iqtidar yönümlülərdən nə qədər “qorxulu” nağıllar eşitmək olar? Onlardan bir dəfə eşitmədik ki, deyələr, niyə Xalqa Norveçdəki həyatı verə bilmirik və ya niyə verməyək? Əzbərlədiklərini Xalq nə qədər eşitməlidir? Haray, Yəmənin, İraqın, Suriyanın gününə qalacağıq. Niyə qalmalıyıq? Niyə Xalqa Norveçi, AFR-ı, Fransanı və ya eyni imperiyadan müstəqilliyimizə haqq etdiyimiz Pribaltika respublikalarını nümunə çəkmirik. Axı belə ölkələr də var . Düzdür, onlar da mütləq mənada ideal deyil. Ancaq dövlətimizlə müqayisədə olduqca, olduqca ideal görünürlər. Mütərəqqi cəmiyyətlər var ikən niyə İraqa, Suriyaya oxşamalıyıq. Azərbaycan xalqına gözəl bir həyat yaşatmağa borclu olduğunuz halda, onu taleyin ümidinə buraxmısız. Böyük əksəriyyət gününün sağ qalmaq uğrunda “müharibəsini” aparır.

Bəlkə Azərbaycan xalqına heç nə verə bilməyəcəyinizi başa düşəsiz. Bəlkə başa düşəsiz ki, GÖYLƏR ALMA BİTİRMİR !

Hikmət Nikbin

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button