2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycan növbəti Demokratiya Sammitinə də dəvət olunmayıb?

ABŞ Prezidenti Cozef Bayden administrasiyası 120 dünya liderinə gələn həftə keçiriləcək Demokratiya Sammiti ilə bağlı dəvətnamə göndərib. Bu barədə “Turan”ın Vaşinqtondakı müxbiri xəbər verir.

Saytların yığılması Saytlarin yigilmasi

“Biz 2021-ci ilin dekabrında ilk sammitə dəvət olunmuş hökumətləri və tərəfdaşlarımızı yenidən dəvət etdik. Həmçinin bütün dünyadan səkkiz yeni hökumət əlavə etdik”, – ABŞ prezidentinin xüsusi köməkçisi Rob Berşinski (Rob Berschinski) martın 22-də brifinqdə bildirib.

Yeni dəvət olunanlar Bosniya və Herseqovina, Lixtenşteyn, Kot-d’İvuar, Qambiya, Mavritaniya, Mozambik, Tanzaniya və Hondurasdır.

Dəvət olunmayan ölkələrə gəlincə isə, Berşinskinin sözlərinə görə, Vaşinqtonun bu ölkələrin xalqlarına müraciəti açıqdır: “Dəvət olunmayan ölkələrin fəallarına demək istərdik ki, onlar bu prosesdə özünəməxsus şəkildə iştirak edirlər. Onların da demokratiya dəyərlərinin təşviqində iştirak etmək imkanı olacaq”.

İkinci Demokratiya Sammiti martın 29-30-na planlaşdırılıb. ABŞ, Kosta-Rika, Niderland, Koreya Respublikası və Zambiya hökumətləri virtual sammitə ortaq ev sahibliyi edəcəklər.

2021-ci il dekabrın 9-u və 10-da ABŞ Demokratiya Sammiti keçirmişdi. Həmin sammitə dünyanın bir çox liderləri çağırılsa da, Rusiya, Türkiyə, Azərbaycan və bəzi ölkə başçıları dəvət almamışdılar. Bu, Azərbaycan hakimiyyətinin tənqidlərinə səbəb olmuşdu. Prezident İlham Əliyev ötən il yanvarın 12-də yerli televiziyalara müsahibəsində bu məsələyə toxunaraq xüsusilə Azərbaycandan fərqli olaraq Ermənistanın dəvət almasına iradını bildirmişdi: “Ermənistanda insan haqları kobudcasına pozulur, siyasi müxalifət həbsə atılır və siyasi rəqiblər təqib edilir. Ermənistan, necə deyərlər, hansı əməllərə görə ora dəvət edilib ki, Azərbaycan dəvət edilməyib? Yəni bu, açıq ayrıseçkilikdir”.

Amma həmin vaxt müxalifətdə olan Milli Şuranın rəhbərliyi Azərbaycanda insan hüquqların daha çox pozulduğunu söyləyərək vurğulamışdı ki, “Demokratiya Sammitinə dəvət edilməməsinin səbəblərini İlham Əliyevin siyasətində axtarmaq lazımdır”.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button