Siyasət
Azərbaycan nümayəndə heyəti ABŞ-a səfər gedib
Bakı/20.09.21 Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 20-də ABŞ-a səfərə gedib. Bu barədə Azərbaycan Xarici İşlər Nazriliyinin bu gün yaydığı məlumatda deyilir.
Məlumata görə səfərdən məqsəd BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etməkdir.
Məlumata görə, səfər zamanı sessiya çərçivəsində keçiriləcək tədbirlərdə iştirak, habelə xarici dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.-05D-