2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Azərbaycan olimpiadanı qızıl medalsız başa vurub

Karateçi İrina Zaretska “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında Azərbaycanın aktivinə növbəti – üçüncü gümüş medalı yazdırıb.

61 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan İ.Zaretska Olimpiya çempionu adı uğrunda görüşdə Misir karateçisi Feryal Abdelazizə uduzaraq (0:2) gümüş medala sahib olub.

Qrup mərhələsində İ.Zaretska ilk döyüşündə Yaponiya idmançısı Ayumi Uekusaya 4:1 hesabı ilə qalib gəlib. O, növbəti görüşündə italiyalı Silvia Semerarodan üstün olub – 3:2. Üçüncü qarşılaşmada qazaxıstanlı Sofiya Berultsevaya 4:5 hesabı ilə uduzan Azərbaycan karateçisi sonuncu döyüşdə türkiyəli Məltəm Hocaoğlunu 4:0 hesabı məğlub edib.

Saytların yığılması Saytlarin yigilmasi

Qrupda keçirdiyi görüşlərin üçündə qələbə qazanan və bir qarşılaşmada uduzan İ.Zaretska 6 xalla qrup birincisi kimi yarımfinala adlayıb. Yarımfinalda Çin idmançısı Qun Lini 7:2 hesabı ilə məğlub edən İ.Zaretska həlledici mərhələdə iştirak hüququ qazanıb.

Beləliklə, Azərbaycan idmançılarının “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında mübarizəsi başa çatıb. Olimpiadaya 44 idmançı ilə qatılan bu komanda 3 gümüş və 4 bürünc medal qazanıb. Gümüş medalları Azərbaycanın aktivinə karateçilər Rafael Ağayev, İrina Zaretska, sərbəst güləşçi Hacı Əliyev yazdırıblar. Bürünc medallara isə cüdoçu İrina Kindzerska, boksçu Alfonso Dominges, yunan-Roma güləşçisi Rafiq Hüseynov və qadın güləşçi Mariya Stadnik sahib olublar.

Azərbaycanın Olimpiya komandası “Atlanta-1996”dan sonra ilk dəfə olimpiadanı qızıl medalsız başa vurub.

Bu Yay Olimpiya Oyunları rəsmi olaraq iyulun 23-də başlayıb.Olimpiada avqustun 8-dək davam edəcək.

“Tokio-2020” Yay Olimpiya Oyunları adından da göründüyü kimi 2020-ci ildə keçirilməliydi.Amma koronavirus pandemiyası üzündən təxirə salınmışdı.

Xatırlatma

Azərbaycan yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir. Bu ölkənin Olimpiya Oyunlarında debütü “Atlanta-1996” Qış Olimpiya Oyunlarına təsadüf edib. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan Azərbaycan 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button