2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Azərbaycan ordusu dünyada 58-ci yerdədir

Beynəlxalq “Global Firepower” şirkəti dünyada ən güclü orduların reytinqini açıqlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Siyahıya ABŞ ordusu başçılıq edir, ikidə Rusiya, 3-də isə isə Çin ordusu gəlir.

Rusiya 2016-cı ildə də “Global Firepower” şirkətinin reytinqində ikinci idi.

Şirkət Rusiyada xüsusilə quru qoşunlarının güclü olduğunu, Rusiya ordusunun tankların sayına görə liderlik etdiyini bildirir.

Həmçinin Yaponiya, Hindistan, Fransa, Böyük Britaniya, Türkiyə, Aımaniya və Misir orduları ilk onluqda yer alıblar.

Azərbaycan 133 ölkəni əhatə edən siyahıda 58-ci, onun yaxın qonşuları Gürcüstan 82-ci, Ermənistan isə 93-cü yerdədir.

Türkiyə ordusu isə ilk onluqda 8-ci pillədə qərarlaşır, ondan sonra Almaniya və Misir orduları gəlir.

Araşdırmada dövlətlərin hərbi gücünün balanslığı və silahların müxtəlifliyi əsas götürülüb.

Yəni burda təkcə silahların sayı yox, onların müxtəlifliyi, hərbi kadrların sayı, ehtiyatda olan kadrların sayı, hərbi sahənin necə maliyyələşməsi , ölkənin nəqliyyat infrastrukturu, coğrafi ərazi, ölkənin təbii resursları və digər faktorlar əsas götürülüb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button