2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycan ordusu fevralın axırında hücuma keçə bilər

“Azərbaycan ordusunun torpaqlarını işğaldan azad etmək məqsədilə növbəti hücumu təkcə aprel ayında yox, fevralın axırında da, martın əvvəlində də ola bilər. Bizə istər apeldə, istərsə mayda çox qısa bir müddət lazımdır ki, torpaqlarımızı işğaldan azad edək”.

Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Silahlı Qüvvələrinin keçmiş korpus komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib.

Saytların yığılması Saytlarin yigilmasi

“Aprel ayında ordumuzun növbəti hucumu baş verə bilərmi?” sualımızı cavablandıran general bunları bildirib:

“Müharibə hər an ola bilər, Azərbaycan ordusunun bütün heyəti Ali baş komandanın döyüş əmrini gözləyir. Ehtiyatda olan on minlərlə zabitimiz səfərbərlik əmrini gözləyir, qələbə şərəfinə nail olmaq istəyir. Ermənilər sülh yolu ilə danışıqlara getmədikcə, müxtəlif təxribatlar törətdikcə Azərbaycan ordusu hər an hücuma keçə bilər. Hər birimiz o günü gözləyirik”.

Y.Aydəmirov, həmçinin “Ordumuz növbəti dəfə hücuma keçərsə, Rusiya yenidən müdaxilə edib müharibəni dayandıra bilərmi?” sualımıza da aydınlıq gətirib:

“Növbəti hücum başlayanda da yəqin ki, diplomatlarımız öz işlərini görəcəklər. Yəqin ki, artıq o zaman böyük dövlətlər imkan verəcəklər ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etsin. Ali baş komandanımız da iki dəfə açıq bildirib ki, iri dövlət Azərbaycanı müharibə etməyə qoymur. Azərbaycanın müharibə yolu ilə öz torpaqlarını işğaldan azad etməsi üçün başqa heç bir problem yoxdur”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button