2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycan ordusu təlimlərə başlayıb

Qoşunların 2021-ci ilin planına uyğun olaraq Azərbaycan ordusu əməliyyat-taktiki təlimlərinə başlayıb.

Bununla bağlı bu gün, martın 15-də Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumata görə, təlimə 10 min nəfərədək şəxsi heyət, 100-dək tank, digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket, artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi, minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.

Nazirlik bildirir ki, təlimlər dağlıq-meşə və çətin relyefli ərazilərdə keçirilir. Açıqlamaya görə, diqqət qoşunların idarə olunması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldilib: “Martın 18-dək davam edəcək təlimlərdə qoşunlar terrorçu dəstələr (qruplar), həmçinin qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və antiterror əməliyyatları üzrə tapşırıqları icra edəcək”.

24 saat” “Azərbaycan ordusu təlimlərə başlayıb” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button