2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycan prezidenti İlham Əliyevin Müstəqilliyin Bərpası Günü münasibətilə təbriki

Bakı/18.10.21  Prezident İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyi münasibətilə xalqa müraciət edib.

“18 oktyabr 1991-ci ildə Azərbaycan XX əsrdə ikinci dəfə müstəqillik qazanmaq imkanı əldə edib. Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsilə dünyaya bəyan etdi ki, bu, Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”, – bəyanatda deyilir.

Əliyevin çıxışına görə, Azərbaycan tarixində nə Ayaz Mütəllibov, nə də Əbülfəz Elçibəy olub. Bütün nailiyyətlər ancaq Heydər Əliyevin adı ilə bağlıdır.

Saytların yığılması Saytlarin yigilmasi

“Ölkənin gələcəyi üçün həlledici rol oynayan “Əsrin müqaviləsi”ni imzalamaqla Azərbaycan dünya energetika xəritəsində xüsusi mövqe tutub, dünya iqtisadi mühitinə inteqrasiya prosesinə qoşulub və gələcəkdə uğura aparan cəsarətli addımlar atıb”, – Əliyev qeyd edib.

“Azərbaycan öz milli maraqlarına əsaslanan müstəqil xarici siyasət yürüdür və dünyada etibarlı tərəfdaş kimi tanınır”, – dövlət başçısı qeyd edib.

O, ötən il Qarabağda 44 günlük müharibəyə xüsusilə toxunub, bunun nəticəsində Azərbaycan tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində Azərbaycanın qələbəsi bölgədə yeni reallıqlar yaratdı. “Bu gün biz 30 illik müstəqillik tariximizdə ilk dəfədir ki, öz ərazi bütövlüyünü təmin etmiş qalib ölkə kimi müstəqilliyimizin bərpasının ildönümünü bayram edirik”,- bəyanatda bildirilir. – 06V-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button