2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycan prezidenti Özbəkistana gedib

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də Özbəkistana səfər edib.

Saytların yığılması Saytlarin yigilmasi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə gerçəkləşən bu səfərdə məqsəd Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının Səmərqənddə keçiriləcək Zirvə görüşündə iştirak etməkdir.

İ.Əliyevin bu səfər çərçivəsində bir sıra dövlət başçıları ilə, o cümlədən Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi də gözlənir.

Sammitdə 10-dan çox ölkənin liderinin iştirak edəcəyi bildirilib. Bura üzv və müşahidəçi ölkələrin liderləri, habelə qonaqlar daxildir.

Sammitdə geosiyasi məsələlər, iqtisadi və nəqliyyat sahəsində əməkdaşlıq müzakirə edilməlidir.

2001-ci ildə yaradılan Şanxay Əməkdaşlıq Təşkilatına Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistan daxildir.

Əfqanıstan, Belarus, İran və Monqolustan təşkilatın müşahidəçi, Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lanka isə tərəfdaş ölkələr sırasındadır.

Ermənistan lideri Nikol Paşinyanın sammitə qatılmayacağı gözlənir.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button