2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycan prezidenti Türkiyədə səfərdə olub

Fevralın 25-də Azərbaycan prezidenti İlham Əliyev Türkiyədə səfərdə olub. Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu baş verən zəlzələdən sonra İlham Əliyevin Türkiyəyə ilk səfəridir.

Azərtac-ın məlumatına görə, iki ölkə prezidentləri arasında görüş olub. Görüşdə Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan təbii fəlakətin ilk günündən Azərbaycanın göstərdiyi dəstək və həmrəyliyə görə İlham Əliyevə minnətdarlığını bildirib.

Türiyə prezidenti azərbaycanlı xilasedici və həkimlərin zəlzələ bölgəsində insanların xilası üçün fədakarlıqla çalışdıqlarını bildirib.

İlham Əliyev bundan sonra da zəlzələdən zərərçəkənlərə humanitar yardımların davam etdiriləcəyini deyib.

Məlumatda qeyd olunur ki, görüşdə iki ölkə arasında siyasi, iqtisadi, ticarət, enerji, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri müzakirə olub.

O da vurğulanır ki, dövlət başçıları, həmçinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi barədə də fikir mübadiləsi aparıblar.

Səfər elə həmin gün başa çatıb.

Bundan əvvəl Azərbaycanın xarici işlər naziri Türkiyədə olub, o, türkiyəli həmkarı ilə zəlzələdən zərərçəkən bölgələrə baş çəkib.

Fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 45 minə çatıb.

Zəlzələ nəticəsində Türkiyədə 520 min mənzilin olduğu 160 mindən çox binanın dağıldığı və ya zədələndiyi bildirilir.

Rəsmi qurumların açıqlamalarına görə, təbii fəlakətdən zərərçəkənlər üçün indiyə qədər 313 min çadır qurulub, bundan başqa 100 min konteyner evinin tikilməsi planlaşdırılır.

Türkiyənin daxili işlər nazirinin açıqlamasına görə, fəlakət baş verəndən sonra təhlükəsizlik standartlarını pozmaqda şübhəli bilinən tikinti podratçıları ilə bağlı istintaq genişləndirilib: 564 şübhəli müəyyən edilib, 160 nəfər həbs edilib.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button