2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Azərbaycan problemli “motorlar zibilxanasına” çevrilməkdədir

Ölkəyə Türkiyə və Qərbdən satışı yasaqlanan minlərlə motor gətirilir

Son aylar Türkiyə və Avropa dövlətlərlərindən təzə, lakin problemli motorların Azərbaycana ixracı kəskin surətdə artıb. Bu barədə 24saat.org-u özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, Qərb ölkələrində sonradan aşkarlanan problemlər səbəbi ilə satılması yasaqlanan və satışdan yığışdırılan motorların kütləvi şəkildə Azərbaycana gətirilməsinin arxasında bəzi işbazların qısa müddətdə külli miqdarda vəsait qazanmaq niyyəti dayanıb. Belə ki, Türkiyə və bəzi Avropa dövlətlərindəki kanalları vasitəsi ilə soyuducu, paltaryuyan maşın, tozsoran və s. kimi məişət cihazlarına məxsus problemli seriyalı motorları ucuz qiymətə alan işbazlar, daha sonra bu motorları baha qiymətə istehlakçılara təqim edir, məqsədli şəkildə vətəndaşları aldadırlar.
Mənbənin sözlərinə görə, bir dəfə də olsun istifadə olunmyan və vətəndaşlara istehsalçı zavodun paketində təqdim edilən bu motorlar istehlakçılarda heç bri şübhə doğurmur. Çünki bu mototrların üzərində onların istehsal edildikləri ölkə, seriya nömrəsi və s. göstərilir ki, satıcılar bunu insanlara həmin motorun etibarlılığını təsdiqləyən faktlar kimi təqdim edir. Nəticədə, bu motoru alan vətəndaş qısa müddətdən sonra yenidən motor axtarmaq məcburiyyəti qarşısında qalır və bəzən eyni firmaya müraciət edəərk ikinci dəfə aldadılır.
Bilgili qaynağın qənaətincə, məlum problemin həlli istiqamətində qəti addımlar atılmayacağı təqdirdə vəziyyət daha da ağırlaşacaq və bu durum digər işbazları da hərəkətə keçirəcəkdir.
24saat.org

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button