2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycan qapısını çırpdığı ‘Avronest’ə geri dönür

Azərbaycan bir illik fasilədən sonra “Avronest”-lə əlaqələrini bərpa edir. Milli Məclisin payız sessiyasının ilk iclasının gündəliyinə “Avropa Parlamenti ilə Azərbaycan Respublikası Milli Məclisi arasında əməkdaşlıq məsələləri haqqında” layihə daxil edilib.

Layihə parlamentin sentyabrın 30-da keçiriləcək toplantısında müzakirə olunacaq.

Millət vəkilləri Avropa Parlamenti ilə əlaqələrin bərpa ediləcəyini təsdiqləyiblər. Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev Report-a Azərbaycanla Avropa Parlamenti arasında yenidən əməkdaşlığın yaranmasının mühüm addım olduğunu deyib.

Saytların yığılması Saytlarin yigilmasi

“Avronest” haqda

“Avronest“ parlamentlərarası forumdur. Həmin qurumda Avropa Parlamentinin və Ukrayna, Belarus, Azərbaycan, Ermənistan, Moldova və Gürcüstan parlamentlərinin üzvləri iştirak edirdilər.

ATƏT-in saxta saydığı parlament seçkilərindən sonra Belarusun “Avronest”dəki iştirakı dayandırılıb.

Azərbaycan “Avronest”in qapısını niyə çırpmışdı

2015-ci ilin sentyabrın Avropa Parlamenti Azərbaycanla bağlı sərt tənqidi məzmunda qətnamə qəbul etmişdi. Həmin sənəddə əsas insan hüquq və azadlıqlarının pozulmasından, “siyasi məhbus” məsələsindən, ictimai siyasi fəalların təqibindən, jurnalist ölümlərindən bəhs edilirdi.

Qətnamədə Əliyevlər ailəsinin var-dövləti haqqında, həmin var-dövlətin mənbələrinin araşdırılmalı olması haqda deyilənlər Azərbaycan hökuməti tərəfindən xüsusilə sərt reaksiya ilə qarşılanmışdı.

Həmin qətnamənin qəbul edilməsindən sonra Azərbaycan parlamenti “Avronest”dən çıxmağa qərar vermişdi. Ötən ilin sentyabrında Milli Məclisin qəbul etdiyi qətnamədə deyilridi:

“Azərbaycan nümayəndə heyətinin Avronest Parlament Assambleyasının iclaslarında iştirak etməsinə son qoyulsun, fəaliyyəti dayandırılsın. Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycanın məsul şəxsləri ilə bağlı sanksiya tətbiq olunacağı təqdirdə, Avropa Parlamenti üzvlərinin Azərbaycana girişinə qadağa qoyulsun”…

Milli Məclisdə 1 il əvvəlki müzakirələr

Milli Məclisin sözügedən qərar qəbul edilən iclasında Avropa Parlamentinin ünvanına rəsmi səviyyədə kəskin ittihamlar, xoşagəlməz ifadələr səslənmişdi.

Milli Məclisinin sədri Oqtay Əsədov o zaman Avropa dəyərlərini hədəf almışdı:

“Bu gün Avropanın Yaxın Şərqdən gələn qaçqınları qarşılama mənzərəsi əsl konslager mənzərəsini yaradır. Adam baxa bilmir. Mənim ürəyim ağrıyır. Qaçqınlarla qeyri-insani rəftar edirlər. Çörəyi hətta elə atırlar ki, üzr istəyirəm, sanki heyvana atırlar. Budur Avropa dəyərləri?”…

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button