2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycan Qarabağ savaşında Ukraynanın yardımına ümid edə bilərmi?

Tofiq Abbasov: “Biz həmişə Ukraynadan silah almışıq və bunu gizlətməmişik”

Son vaxtlar Azərbaycan və Ukrayna arasında hərbi əməkdaşlığın inkişafı istiqamətində yeni addımların atılacağı, ikitərəfli əlaqələrin mahiyyət etibari ilə yeni mərhələyə qalxacağı ilə bağlı informasiyalar səslənməkdədir.

Saytların yığılması Saytlarin yigilmasi

 

Maraqlıdır, Azərbaycan Ukrayna ilə genişlənən hərbi əməkdaşlıq fonunda bu dövlətin Qarabağ uğrunda başlayacaq mümkün savaşda yardımına ümid edə bilərmi? Ermənistanla müharibədə Ukraynanın hərbi imkanlarından hansısa şəkildə yararlanmağımız mümkündürmü?

 

24saat.org-a açıqlama verən politoloq Tofiq Abbasov bu günə qədər olduğu kimi, bundna sonra da Ukraynadan bəzi silahlar almağın mümkünlüyünə diqqət çəkdi:

“Biz hər zaman Ukraynadan silah-sursat almışıq və bunu gizlətməmişik. Çünki Ukraynanın hərbi-sənaye kompleksi post-sovet məkanında ən güclü komplekslərdən biri idi. Sovet dönəmində Ukraynanın bir sıra şəhərlərində SSRİ-nin həm məxfi institutları, həm də onların silah bazaları yerləşdirilirdi. Ən müasir silah növləri, silah texnologiyaları məhz Ukraynanın ərazisində istehsal edilirdi. Ukraynanın hərbi-sənaye potensialı o dövrdən var. Düzdür, sonralar bəzi dəyişikliklər oldu. Vaxt vardı ki, Ukrayna dünya silah bazarına öz tank, BMP-ləri və s.çıxarırdı. Lakin bir sıra ölkələr bu texnikanın keyfiyyətindən narazı qalmışdı. Xarici mətbuat yazırdı ki, Ukrayna məhsullarının xarici görünşü yaxşı olsa da, keyfiyyəti lazımi standartlara cavab vermir. Bu isə ölkədə yaşanan iqtisadi tənəzzüllə bilavasitə əlaqəli idi.

Azərbaycan bu vaxta qədər Ukraynadan silah-sursatı elə-belə yox, öz halal pulu ilə əldə edirdi. Ola bilsin ki, Qarabağla bağlı problemin hərb yolu ilə həllinə qərar verilsə, o zaman Ukraynadan bəzi silahlar alınsın. Bu, Ukraynanın da qazancı deməkdir.

Üçüncü tərəflərin marağına gəlincə, bu cür maraqlar həmişə olub və hərbi-siyasi vəziyyət gərginləşən zaman özünü büruzə verib”.

 

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button