2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycan Qarabağa qanunsuz yük daşıyan iki İranlı sürücünü azad edib

Bakı/21.10.21 Azərbaycan tərəfi sentyabrda Qarabağa qanunsuz keçdiklərinə və qaçaqmalçılıq yolu ilə yük daşıdıqlarına görə həbs etdiyi iki İran vətəndaşını bu ölkəyə qaytarıb.

“Azərbaycan Respublikası humanizm, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərindən çıxış edərək və xoş niyyət nümayiş etdirərək, İran İslam Respublikasının vətəndaşları Barzegar Haghı Jafar Ghazanfar və Norouzı Shahroud Heıdarı müvafiq razılaşmaya əsasən oktyabrın 21-i səhər saatlarında öz ölkələrinə qaytarıb”, deyə Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatında bildirilir.

Bu şəxslər sentyabrın 16-da saxta sənədlərlə Xankəndinə qanunsuz keçdiklərinə, həmçinin Azərbaycan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçdiklərinə görə həbs ediliblər. Azərbaycan Gömrük Komitəsi onlara qarşı 206.3.2 və 318.2-ci maddələrlə cinayət işi açıb.

Saytların yığılması Saytlarin yigilmasi

İran tərəfi həbs olunan şəxsləri təhvil vermək tələbi ilə Azərbaycana təzyiq göstərməyə çalışıb. Amma sərhəddə hərbi təlimlər, Tehrandan gələn təhdidlər heç bir rol oynamayıb. İran Azərbaycanın tələblərini qəbul etmək məcburiyyətində qalıb və oktyabrın 20-də rəsmi olaraq öz sürücülərinə Azərbaycan sərhədini pozmağı və Qarabağa getməyi, həmçinin Qarabağ separatçıları ilə ticarəti qadağan edib. Yalnız bundan sonra həbs edilən şəxslər azad edilib. -02D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button