2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Azərbaycan qaz ixracı üçün Avropadan zəmanət istəyib

Yayımlandı: 5 Noyabr 2022 17:32

Elnur Məmmədov: “Əmin olmalıyıq ki, bu, Ukrayna müharibəsinə görə spontan bir tələb deyil”

Avropada yaşanan enerji böhranının fonunda alternativ mənbə kimi Azərbaycana müraciət edilməsinin qarşılığında Azərbaycan zəmanət istəyib.

Saytların yığılması Saytlarin yigilmasi

“Financial Times” qəzeti yazır ki, Azərbaycan Avropa İttifaqına qaz ixracını iki dəfə artırmaq üçün blokun onun kəmər şəbəkəsinə yeni investisiyalar yatırması və Avropa şirkətlərinin uzunmüddətli müqavilələr bağlamasından asılı olacağını bildirib.

Bu barədə danışan Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib ki, Azərbaycandan alternativ mənbə kimi istifadə zamanı əmin olmalıdırlar ki, bu, Ukrayna müharibəsinə görə spontan bir tələb deyil.

Brüssel və Bakı iyulda Azərbaycandan Avropa İttifaqına ixrac olunan qazın həcmlərini 2027-ci ilədək ildə 20 milyard kubmetrə çatdırmağa dair razılaşma imzalayıblar.

Ümumiyyətlə Avropa İttifaqı ölkələri hazırda Rusiya qazından asılılığı minimuma endirməyə çalışır. Səbəb fevraldan bu yana Rusiyanın Ukrayna ərazilərinə müdaxiləsidir. Avropa İttifaqı ölkələri bu müharibəni dəstəkləmir və işğal adlandırır. Bu səbəbdən fevraldan bu yana Avropa İttifaqı ölkələri, o cümlədən Amerika Rusiyaya müxtəlif ölçülü sanksiyalar tətbiq edib.

Qarşılığında isə Rusiya Avropa ölkələrinin enerji asılılığına basqı edir.

Azərbaycanın hansı şərtlərlə Avropa İttifaqı ölkələrinə qaz satacağı ilə bağlı məqalədə həmçinin qeyd edilir ki, 3500 kilometrlik Cənub Qaz Dəhlizinin genişləndirilməsi milyardlarla dollarlıq investisiya və Avropa şirkətləri ilə yeni müqavilələr tələb edir.

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov isə deyir ki, bu müqavilələr 2027-ci ildən sonrakı dövrü də əhatə etməlidir:

“İnvestisiyada maraqlı olanlar, istər özəl olsun, istərsə dövlət pullarını masa üstünə qoymalıdırlar ki, biz ixrac həcmlərini artıra bilək. Mən demək istəməzdim ki, bu məsələdə Aİ ilə fikir ayrılığı var, amma bu, məsələnin mühüm hissəsidir”.

Nazir müavini həmçinin bildirib ki, hazırda Avropa İttifaqının altenativ təchizatçılara ehtiyacı var, amma Bakıya da qarantiyalar verilməlidir:

“Biz buna əmin olmalıyıq ki…bu, Ukrayna müharibəsinə görə spontan bir tələb deyil. Bu müharibə bir gün qurtaracaq və sonra siz yenidən Rusiyadan qaz almağa qayıdacaqsınız və deyəcəksiniz ki, “yaxşı da, daha sizin qazınıza ehtiyac yoxdur”.

Məmmədov vurğulayıb ki, Azərbaycan sözügedən investisiyalara öz pay töhfəsini verə bilər.

Cənub Qaz Dəhlizinin tikintisi 40 milyard dollara başa gəlib.

“S&P Global Commodity Insights” firmasından Loren Ruzekasın sözlərinə görə, Azərbaycan İtaliya və Bolqarıstana qaz ixracını bir qədər artıra bilər, amma bu həcmin əsaslı artırılması üçün əhəmiyyətli məbləğdə investisiyalara ehtiyac olacaq:

“Heç bir ölkə uzunmüddətli alıcısını tanımadan üzərinə milyardlarla dollarlıq riski götürmək istəməz.”

Avropa Komissiyası bu istiqamətdə hər hansı danışıqların aparıldığına dair sorğuya şərh verməyib.

Aİ rəsmilərindən biri FT-yə deyib ki, blokla Azərbaycan arasında uzun müddətdir davam edən enerji əməkdaşlığı var və Aİ Azərbaycanı etibarlı təchizatçı hesab edir.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button