2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycan Qazaxıstan münasibətləri gərginləşir

Qazaxıstan Beynəlxalq Banka qoyduğu pulları qaytarmağı tələb edir

Ötən gün Böyük Britaniyanın paytaxtı Londonda Qazaxıstan Milli Bankının sədri Daniyar Akişev və Azərbaycanın maliyyə naziri Samir Şərifov arasında danışıqlar baş tutub. D.Akişev bugünkü mətbuat konfransında bildirib ki, danışıqlar zamanı Qazaxıstanın “Vahid Pensiya Yığımı Fondu” SC-nin Azərbaycan Beynəlxalq Bankına 250 mln. dollarlıq yatırımının restrukturizasiyasının detalları müzakirə olunub.
D.Akişev qeyd edib ki, tərəflər müavinlər səviyyəsində danışıqların davam etdirilməsi barədə razılığa gəliblər: “ABB-nin vəsait çatışmazlığı olduğu üçün Qazaxıstan Milli Bankı borcun daha likvid, sonradan satıla biləcək aktivlərlə əvəzlənməsi variantını nəzərdən keçirməyə hazır idi. Azərbaycanın Maliyyə Nazirliyi isə bəyan edib ki, Qazaxıstan Milli Bankının borcun vaxtından əvvəl qaytarılması ilə bağlı tələbinin hər hansı hüquqi əsası yoxdur”.
Baş bankir xatırladıb ki, indiyədək rəhbərlik etdiyi qurum Azərbaycanın Maliyyə Nazirliyinə 3 dəfə məktub göndərərək ABB-nin maliyyə vəziyyətinin pisləşməsi ilə bağlı narahatlığını ifadə edib. Öz növbəsində ABB 3 dəfə borcun birdəfəlik və ya qismən qaytarılmasından imtina edib. “Bu ilin fevral ayında “Moody’s” ABB-nin reytinqini endirib. Bundan sonra biz Azərbaycan bankına bir daha müraciət etdik. O zaman məlum oldu ki, ABB könüllü restrukturizasiya prosesinə hazırlaşır”, – deyə o bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button