2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Azərbaycan Qazaxıstana Naftalan məlhəmi ixrac edə bilər

Azərbaycanın ixrac missiyası Qazaxıstanın Almata şəhərindədir.

İqtisadiyyat Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, ixrac missiyaysına ölkəmizdə meyvə-tərəvəz məhsulları, meyvə şirələri, təbii mineral sular, şərab və spirtli içkilər, tikinti materialları, maşınqayırma sənayesi və səhiyyə sahəsində fəaliyyət göstərən 19 şirkətin nümayəndəsi daxildir.

Səfərin ilk günü AZPROMO-nun təşkilatçılığıyla Azərbaycan şirkətləri ilə Qazaxıstan şirkətləri arasında ikitərəfli görüşlər keçirilib. 30-a yaxın Qazaxıstan şirkətinin iştirak etdiyi görüşlərdə Azərbaycan və Qazaxıstan şirkətləri arasında əlaqələrin genişləndirilməsi, Qazaxıstana ixrac imkanlarına dair müzakirələr aparılıb, Azərbaycanın rəqabətqabiliyyətli məhsulları barədə məlumat verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Tədbir çərçivəsində “Ayan” MMC şirkətinin istehsal etdiyi limonad və mineral suların və “Ağ Naftalan” MMC-nin istehsal etdiyi Naftalan mazının Qazaxıstana ixracına dair danışıqlar aparılır.

İxrac missiyası sabah Qazaxıstanın Astana şəhərində olacaq, Qazaxıstan şirkətləri ilə Azərbaycan məhsullarının bu ölkəyə ixracının genişləndirilməsi məsələlərini müzakirə edəcəklər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button