Siyasət
Azərbaycan Qorus-Qafan yolunda azmış iki Ermənistan vətəndaşını geri qaytarıb
Bakı/20.09.21 Sentyabrın 19-dan 20-nə keçən gecə Azərbaycan “azaraq Azərbaycan tərəfinə keçmiş ” iki Ermənistan vətəndaşını erməni tərəfə qaytarıb.
İnsident sentyabrın 18-də saat 21:00-da baş verib. Ermənistanın Kotayks vilayətinin iki sakini (keçmiş əsgərlər) Gorus-Vorotan yolundan çıxaraq Azərbaycan ərazisinə keçib, Ermənistan KİV bildirib.
Azərbaycan tərəf hadisəni şərh etmir. -02D-