2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycan redaktorlara görə təzminat ödəyəcək

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) yanvarın 19-da Azərbaycandan göndərilmiş bir neçə şikayət üzrə qərarlarını elan edib. AİHM onlardan iki jurnalistin şikayətlərini əsaslı sayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Hüquqşünas Xalid Ağalıyevin verdiyi məlumata görə, məhkəmə “Xural” qəzetinin həbsdə olan baş redaktoru “Əvəz Zeynallı Azərbaycana qarşı” işində ərizəçinin ifadə azadlığı hüququna müdaxilə olunduğu qərarına gəlib: “Məhkəmə işi 2010-cu ildə “Xural” qəzetinin iki məqaləyə görə mülki qaydada cərimə edilməsinin ifadə azadlığı hüququna zidd olması iddiası ilə bağlı idi”.

X.Ağalıyev qeyd edib ki, mübahisəli “İlham Əliyev “Xural”ın prezidenti deyil?!” və “Mətbu qəssab” məqalələrində bir sıra məsələlərlə yanaşı, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun hazırda mənimsəmə ittihamı ilə həbsdə olan icraçı direktoru Vüqar Səfərli də tənqid olunmuşdu: “Vüqar Səfərli şərəf və ləyaqətinin aşağılanması əsası ilə məqalələrdən məhkəməyə şikayət etmiş, məhkəmələr “Xural” qəzetini 5 min manat cərimələmişdilər”.

Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərər və xərc əvəzi 6 min avro ödəməlidir.

Ə.Zeynallı hazırda həbsdədir. O, ötən ilin sentyabrında rüşvət ittihamı ilə saxlanıb, haqqında həbs-qətimkan tədbiri seçilib. O, ittihamı qəbul etmir. O, bundan da əvvəl – 2011-ci ildə yenə rüşvət ittihamı ilə saxlanmış və 9 il həbs cəzası almışdı. Amma onda da ittihamı qurama sayan jurnalist 2014-cü ilin sonunda prezidentin əfv sərəncamı ilə vaxtından əvvəl azadlığa çıxmışdı.

Hüquqşünasın sözlərinə görə, “Azadlıq” qəzetinin baş redaktoru “Qənimət Zahid Azərbaycana qarşı” işində ərizəçinin ədalətli məhkəmə araşdırması hüququnun (maddə 6.1) pozulduğuna qərar verilib: “Bu məhkəmə işi ərizəçinin 2007-ci ildə xuliqanlıq ittihamı ilə azadlıqdan məhrum edilməsi ilə bağlı idi”.

O bildirib ki, yerli məhkəmələr ərizəçini təqsirli bilib, barəsində 4 il müddətinə azadlıqdan məhrum etmə hökmü çıxarıblar: “Ərizəçi ardınca 2010-cu ildə Azərbaycan prezidenti tərəfindən əfv edilib. Avropa Məhkəməsi bu işdə ərizəçinin ədalətli məhkəmə araşdırması hüququnun (maddə 6.1) pozulduğuna qərar verdi. Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərər və xərc əvəzi 6 min avro ödəməlidir”.

Hələlik, AİHM qərarlarına rəsmi qurumlardan və başqa maraqlı şəxslərdən münasibət almaq mümkün olmayıb.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button