2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

“Azərbaycan regionda jurnalistlərin həbsinə görə rekord vurur” VİDEO

Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda prezident seçkiləri ərəfəsində mediaya qarşı təzyirlərlə bağlı məqalə dərc edib. Burada qeyd edilib ki, Azərbaycan dünyada həbsdə olan jurnalistlərin sayının ən çox olduğu ölkələr sırasına daxildir. Məqalənin müəllifi Gülnoza Said Amerikanın Səsinin “Amerika icmalı” proqramında müsahibəsində Azərbaycanda mətbuatın durumunu şərh edib.

– Azərbaycanda mətbuat azadlığı sahəsində ən böyük narahatlıqlara əsas səbəblər hansılardır?

Saytların yığılması Saytlarin yigilmasi

– Azərbaycan mənim məşğul olduğum Avropa və Mərkəzi Asiya regionunda jurnalistlərin həbsinə görə rekord vurur. Biz Jurnalistləri Müdafiə Komitəsində region ölkələrində həbs edilmiş jurnalistlər, yəni birbaşa öz fəaliyyətlərilə əlaqədar olaraq, çalışdıqları media qurumlarında işləri, ya da bloger fəaəliyyəti ilə əlaqədar həsb edilən jurnalistlərlə bağlı hər il sorğu keçiririk. 2017-ci ilin dekabrında Azərbaycanda həbs edilmiş 10 jurnalist var idi. Bu, bir sıra başqa ölkələrdən çoxdur. Hətta dünya ölkələri ilə müqayisədə. Bu, 2016-cı ilin dekabrında olduğundan iki dəfə artıqdır. Buna görə də biz deyə bilərik ki, Azərbaycanda son illər jurnalistlərə və müstəqil və müxalif media qurumlarına qarşı repressiyalar güclənib.

– Beynəlxalq ictimaiyyət Azərbaycanda müstəqil jurnalistlərin müdafiəsi üçün nə etməlidir?

– Jurnalistləri Müdafiə Komitəsi kimi Azərbaycan da daxil olmaqla dünya ölkələrində jurnalistləri və medianı müdafiə təşkilatı olaraq biz hər zaman bu sualı özümüzə veririk. Biz Vaşinqtonda, Brüsseldə, dünyanın başqa paytaxtlarında siyasətçilərlə işləyirik. Qeyd etməliyəm ki, hazırda azad mətbuatın müdafiəsi sahəsində vəziyyət əvvəlki kimi yaxşı deyil. Çünki biz media azadlığının hətta ənənəvi olaraq azad olan ölkələrdə belə azaldığını müşahidə edirik. Birləşmiş Ştatlar, Avropa İttifaqının bəzi üzvlərini göstərə bilərik. Biz Birləşmiş Ştatlarda və Avropa İttifaqında jurnalistlərlə qarşı daha çox təzyiq göstərilməsi və hətta Avropa İttifaqında araşdırmaçı jurnalistin qətli kimi halları müşahidə etmişik. Mən deyərdim ki, bizim müdafiə səylərimiz son illər çətinliklərlə üzləşməyə başlayıb. Lakin biz işimizi davam etdiririk. Fikrimcə, Vaşinqtonda, Brüsseldə və başqa paytaxtlarda siyasətçilərin Azərbaycan hökumətinə jurnalistlərin azad edilməsi, media azadlıqlarının təmin edilməsi tələbləri ilə təzyiq göstərməyə davam etməsi vacibdir. Biz bu müdafiə səylərinin bəzi nəticələr verdiyini də görmüşük. Məsələn, keçən il Turan müstəqil xəbər agentliyinin direktoru Mehman Əliyev həbs edilmişdi. Mən onunla danışanda o mənə demişdi ki, o, Vaşinqtonda bəzi senatorlar tərəfindən Azərbaycana təzyiq nəticəsində azad edilib. Onun xəbər agentliyi ilə bağlı durum ciddi olaraq qalsa da, maliyyə fırıldaqları ilə bağlı ittihamlar və bəzi başqa ittihamlar ləğv edilib.

– Siz məqalədə bir sıra işləri qeyd etmisiniz və o cümlədən, Turan agentliyinin direktoru Mehman Əliyevin işini. Sizcə, bu təzyiqi effektiv hesab edirsinizmi?

– Mehman Əliyev mənə deyib ki, onun agentliyi təzyiqlərə məruz qalsa da, hətta aprelin 11-də keçirilən seçki dövrü də işini davam etdirə bilib, çünki senator Riçard Durbinin keçən il təqdim etdiyi qanun layihəsi hələ də qüvvədə qalır. İzahat üçün deyirəm ki, bu qanun layihəsi Mehman Əliyevin keçən il həbsi ilə əlaqədar olaraq təqdim edilib və burada Mehman Əliyevin həbsi ilə əlaqəsi olan Azərbaycan hökumət rəsmilərinə qarşı ABŞ-a səfərlərlə bağlı sanksiyaların tətbiq edilməsi məsələsi qaldırılıb. Qanun layihəsi hələ də var. Və biz istəyərdik ki, həm Kapitolidən, həm də ABŞ administrasiyasından istər sanksiyalar şəklində olsun, istərsə də başqa yollarla Azərbaycan rəsmilərinə təzyiq göstərmək üçün daha artıq fəaliyyət göstərilsin.

– Jurnalistlərə təzyiq və təqiblərə son qoyulması üçün daha hansı tədbirlər görülməlidir?

– Mənim qeyd etdiyim qanun layihəsi ən yaxşı tədbirlərdən biri idi. Mən deyərdim ki, birbaşa atılmış və daha effektiv bir addım idi. Düzdür, bu, qısa müddət üçün edildi və bunun hədəfi məhdud idi. Mən fikirləşirəm ki, həbsdə olan ayrı-ayrı jurnalistləri, ya da başqa siyasi məhbusları hədəf alan belə tədbirlər təsirli ola bilər. Qlobal Maqnitski Aktı da mövcuddur. Mənim bildiyimə görə, bəzi təşkilatlar gələcəkdə müxtəlif sanksiyaların tətbiq edilə biləcəyi şəxslərin siyahısına bəzi Azərbaycan hökumət rəsmilərinin adlarının daxil edilməsi üzərində işləyir. Fikrimcə, bu, Azərbaycan hökuməti də daxil olmaqla, hökumətlərə təzyiq göstərilməsi işində beynəlxalq səviyyədə uğurlu vasitələrdən biri ola bilər.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button