2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Azərbaycan Rusiya balınının əsas istehlakçılarından biridir

Bu ilin yanvar-may aylarında Rusiya balını əsas istehlakçılarının siyahısında Azərbaycan 9-cü yerdə olub.

Həmin dövr ərzində Azərbaycana 23 ton bal tədarük edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 432 % çoxdur.

Hesabat dövründə Rusiyanın bal ixracı 2 dəfə artaraq 1 443 tona çatıb. Əsas istehlakçılar keçmiş sovet respublikaları olub. Onların ümumi ixracdakı payı 41 %-dən 53 %-ə kimi artıb. Bu ölkələrə tədarük 159 % artaraq 755 tona çatıb. Əsas istehlakçılar 364 tonla (+123 %) Qazaxıstan, Çin (323 ton, +6 %) və Belarus (248 ton, +106 %) olub.

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya balının idxalı üzrə ən yüksək artım tepmini Avropa İtiffaqı (Aİ) göstərib. Aİ bir ildə Rusiya balının ixracındakı payını 2 %-dən 15 %-ə çatdırıb. Bu, daha çox Polşa (141 ton) və Almaniyaya (21 ton) bal ixracına başlanması ilə əlaqədardır. Çexiyaya ixrac 153 % artaraq 42 ton təşkil edib. Hər üç ölkə Rusiya balını idxal edən ölkələrin ilk onluğunda qərarlaşıb.

report

Instagram

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button