2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Azərbaycan Rusiya ilə birlikdə yenə də avtoritar ölkə sayıldı

Britaniyanın Economist Intelligence Unitqrupunun hər il dərc etdiyi Qlobal Demokratiya İndeksində Rusiya Federasiyası 165 ölkə arasında 134-cü yeri tutub.

Beləliklə indeksə görə Rusiya avtoritar rejimlər kateqoriyasına düşüb.

Saytların yığılması Saytlarin yigilmasi

Ümumilikdə bu hesabatda üç kateqoriya var: Demokratik, Hibrid və Avtoritar rejimlər.

The Economist Intelligence Unit Demokratiya İndeksi hesabatını 2006-cı ildən dərc edir.

Rusiya avtoritar rejimlər kateqoriyasına 2011-ci ildən düşüb. Ona qədər bu ölkə hibrid rejimlər qrupunda idi.

Ölkə ötən il 10 pillə geriləyərək sıçrayışla 145-ci yerə düşmüşdü, amma bu il Konqonun səviyyəsinə yüksələ bilib.

Hesabatda deyilir:

“Bizim təxminlərimizə görə Vladimir Putin 2020-2024-cü illərdə hakimiyyətdə qalacaq. Qərblə münasibətlərdə gərginlik azalmayacaq. ABŞ və Avropa İttifaqının Rusiyaya qoyduğu sanksiyalar və Rusiyanın cavab tədbirləri qüvvədə qalacaq”.

Rusiyadan başqa keçmiş sovetlərdən indeksin avtoritar rejimlər kateqoriyasında Azərbaycan, Belarus, Qazaxıstan, Tacikistan, Türkmənistan, Özbəkistan da var.

Tacikistan və Türkmənistan reytinqin dibində 160 və 162-ci pillələri tuturlar.

Özbəkistan 157, Azərbaycan 147-ci, Belarus isə 141-ci yeri tutur.

The Economist Intelligence Unit-in hesabatında Baltik ölkələri demokratik hesab olunublar, amma Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Qırğızıstanaralıq kateqoriya olan hibrid kateqoriyasına daxil ediliblər.

Hesabatda deyilir ki, bu ölkələr əsasən demokratik olsalar da, onların idarəetməsində avtoritarizm elementləri mövcuddur.

Ukrayna son il ərzində mövqeyini xeyli yaxşılaşdıraraq demokratik ölkələr kateqoriyasına yaxınlaşıb, Ermənistan isə son üç ildə “az qala avtoritar kateqoriyadan az qala demokratik kateqoriyaya” doğru sıçrayış edib.

Özbəkistan Karimovun ölümündən sonra da avtoritar olaraq qalır.

Demokratiya indeksinin 2019-cu il hesabatında birinci yeri Norveç tutub. Onun ardınca İslandiya və İsveç gəlirlər.

Reytinqdə son üç yeri Mərkəzi Afrika Respublikası, Suriya və Şimali Koreyatuturlar.

Azadlıq radiosu

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button