2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycan Sərhəd Xidməti İranlı həmkarlarını böhtan xarakterli məlumatlar yaymamağa çağırıb

Bakı/11.10.21 Azərbaycan Respub­likasının dövlət sərhədində hər hansı üçüncü dövlətin qüvvələri heç vaxt olmayıb, hazırda da yoxdur və bundan sonra da olmayacaq. Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin bu gün yaydığı bəyanatda deyilir.

Bəyanat İran KİV-lərinin dərc etdiyi bu ölkənin sərhəd qüvvələrinin komandanı Əli Qüdərzinin “həqiqətə uyğun olmayan” iddialarına cavab olaraq verilib.

“Azər­baycan Respublikası ərazisində xaricdən gəlmiş təqfirçilərin fəa­liy­yət göstərməsi, eləcə də üçüncü ölkələr tərəfindən Azərbaycan əra­zi­sindən İrana qarşı kəşfiyyat məqsədilə istifadə olunması barədə iddialar yalandır və həqiqəti əks etdirmir”, deyə bəyanatda qeyd edilir. 

Saytların yığılması Saytlarin yigilmasi

Dövlət sərhədlərinin etibarlı müdafiəsi və mühafizəsi üçün ən müasir imkanlara malik olan Dövlət Sərhəd Xid­mətinin xarici qüvvələrin dəstəyinə ehtiyacı yoxdur.

Ermənistan ilə dövlət sərhədində Görus-Qafan yolunun Azərbaycan Respublikası əra­zisindən keçən 21 kilometrlik hissəsində sərhəd və gömrük nəzarətinin tətbiq olunması Azər­baycan Respublikasının suveren hüququdur.

Azərbaycan və İran sərhədçiləri arasında mütəmadi olaraq müxtəlif səviyyə­lərdə işçi görüşlərin keçirilməsinə və məlumat mübadiləsinin aparıl­masına baxmayaraq, bu günədək Azərbaycan tərəfinə müsahibədə səslən­dirilənlər haqqında ümumiyyətlə heç bir məlumat verilməyib, hər hansı fakt təqdim olunmayıb.

“Azərbaycanda Dövlət Sərhəd Xidməti İran rəsmilərinə daha məsuliyyətli olmağı tövsiyə edir, onları yalan və böhtan xarakterli məlumatları yaymaq­dan çəkinməyə çağırır”. -02D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button