2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Azərbaycan saxta məhsul istehsalına görə Çindən geri qalmır”

Eyyub Hüseynov: “Ölkəmizdə süni kürü istehsalı var”

“Azərbaycanda 15 ilən çoxdur ki, süni kürü istehsal olunur”.

Bunu 24saat.org-a açıqlamasında Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov bildirib. Onun sözlərinə görə, insanların bir çoxu süni kürünü təbii kürü bilərək alır ki, bunu fərqləndirməyin sadə yoları var:

Saytların yığılması Saytlarin yigilmasi

“Uzun müddət idi ki, içərisində süni kürü olan bankaların üstünə nərə balığının şəklini vururdular. Bizim müdaxiləmizdən sonra nərə balığının şəkli onun üzərindən yığışdırıldı. Qablarının arxa tərəfində bunun süni kürü olduğunun yazılmasına nail olduq.
Əcnəbilər Azərbaycanı kürü ölkəsi kimi tanıyır. Onların bəzisi burdan süni kürü alıb aparırlar. Halbuki, onun təbii kürü ilə heç bir əlaqəsi yoxdur. Bu kürü qanuni şəkildə, müəyyən standartlara əməl edilərək istehsal edilir. İstehlakçı bir çox halda bunu təbii kürüdən seçə bilmir. Təbii kürü ilə süni kürünü onların dənələrini sıxmaqla ayırd etmək mümkündür. Təbii kürünün dənələrini sıxanda ondan ağ maye çıxır. Süni kürüdən isə ağ maye çıxmır.

Şadlıq saraylarında az bir qisimdə təbii kürünü süni kürü ilə qarışdıraraq masalarınü stünə qoyurlar. Süni kürü həm də öz görünüşü ilə insanların diqqətini cəlb edir.

Azərbaycan saxta ərzaq məhsulalrı istehsalına görə heç də Çindən geri qalmır”.

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button