2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycan Suriyaya humanitar yardım edə bilər, amma…

Ekspert: “Rusiya təklikdən çıxmaq üçün özünə müttəfiq arayır”

Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov Pekində keçirilən Syanşan Təhlükəsizlik Forumunda Çin, Azərbaycan, Serbiya, Hindistan və Qazaxıstanın Suriyaya humanitar yardım göndərməyi planlaşdırılması barədə məlumat verib.
Lakin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov “Trend”ə açıqlamasında bu məlumatı təkzib edərək bildirib ki, Azərbaycanın hər hansı ölkəyə yardım göndərməsi üçün Nazirlər Kabineti qərar qəbul etməlidir: “Bundan sonra Fövqəladə Hallar Nazirliyi qərarı icra edir. Hələlik bizə belə bir qərar daxil olmayıb”.
Buna baxmayaraq, Rusiya tərəfi verdiyi açıqlamanı təkzib etməyib.
Bəs Azərbaycan Suriyaya yardım edə bilərmi?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya faktiki olaraq Suriya məsələsində təklənib:“Heç kim ona dəstək vermir. Bu baxımdan da onların məqsədləri aydındır. Hələb şəhəri bombalanır, mülki insanlar həlak olurlar, dünya da günahkar kimi Rusiyanı bilir. Rusiyanın Qərb və ərəb dünyası ilə də münasibətləri korlanıb. Buna görə də təklikdən çıxmaq üçün özünə müttəfiq arayır. İndi də Hələb şəhərinə yardım aparırlar. Belə bir siyasətə baş vurublar ki, özümüzə tərəfdaş dövlətlər də qoşaq və onlar da bizim təyyarələr vasitəsilə yardım aparsınlar. Nəticədə təəssürat yaranacaq ki, həmin ölkələr də Rusiyanın mövqeyini dəstəkləyirlər. Əvvəlcə Ermənistan Rusiya təyyarələri vasitəsilə Suriyaya yardım göndərdi. İndi də Çin, Azərbaycan, Serbiya, Hindistan və Qazaxıstanın adı çəkilir. Əslində bu yardımın əleyhinə deyiləm. Bunun Rusiya təyyarələri vasitəsi ilə aparılmasında da qəbahət görmürəm. Ancaq düşünürəm ki, Azərbaycan da Rusiyanın yaratdığı bu dırnaqarası ittifaqa qoşulacaqsa, biz başqa istiqamətlər üzrə də yardımları Suriyaya çatdıra bilərik. Yəni belə çıxamasın ki, biz ancaq Rusiya vasitəsilə Suriyaya yardım edirik. Digər istiqamət üzrə də bunu etmək mümkündür. Misal üçün, türkmənlər türk mənşəlidirlər və bizə də çox yaxındırlar. Onlara da Türkiyə üzərindən dəstək verə bilərik. Bu vaxta qədər onlara yardım həyata keçirməmişik. İndi zamanıdır ki, türkmənlərə də belə bir yardım edək. Yaxud da bütün istiqamətlər üzrə Suriyaya yardımımızı göstərək. Necə ki, Azərbaycan hakimiyyəti Əfqanıstana yardım edir, onların ordu quruculuğuna milyonlarla dollar ayırır, eləcə də Suriyaya da ən azı humanitar yardım də bilərik”.

Saytların yığılması Saytlarin yigilmasi

Politoloq bildirib ki, Azərbaycan bunu təkzib etsə də, etməsə də burada pis nə isə yoxdur: “Ola bilər ki, bu informasiyalar Rusiya televiziyaları vasitəsilə ”nəbz yoxlamaq” üçün yayılıb. Əgər Azərbaycan bunu təkzib edirsə, lap yaxşı. Yox, əgər təsdiq olunacaqsa, burada da qəbahətli nə isə görmürəm. Görünür, ona görə təkzib ediblər ki, Azərbaycan bu məsələdə Ermənistanla yanaşı dayanmaq istəmir. Çünki birinci bu işə qeyd etdiyim kimi, Ermənistan qoşuldu. İndi Azərbaycan da eyni yoldan istifadə edərsə, Ermənistanla eyni cərgədə dayanması görüntüsü yarana bilər. Buna görə də yəqin ki, təkzib edirlər”.

Hərbi ekspert Üzeyir Cəfərov isə bildirib ki, dünyanın hansı yerində fəlakət varsa, Azərbaycan imkanı daxilində ora müxtəlif formada öz yardımını edib: “Dünyanın bəzi böyük dövlətlərin səhlənkarlığı və məsuliyyətsizliyi ucbatından faktiki olaraq Suriya xarabaya çevrilib. Bu da bəzi ölkələr üçün planlarını həyata keçirmələri baxımından çox münbit şəraitdir. Plan isə ondan ibarətdir ki, həmin ölkələrə silah-sursat satılır, humanitar yardım adı altında müxtəlif missiyalar həyata keçirilir. İndi Rusiya Azərbaycanın əvəzindən deyir ki, Suriyaya kömək edəcəyik. Yəqin ki, Rusiya müdafiə nazirinin müavini hansısa məsələyə əsaslanıb o fikri səsləndirib. Bu gün Azərbaycanın bir milyona yaxın qaçqın və məcburi köçkünü var. Əvvəlki illərdə onlar üçün beynəlxalq qurumlardan hansısa yardım alırdıqsa, son zamanlar bundan da imtina edilib. Azərbaycan hazırda sərbəst şəkildə öz vətəndaşlarının ehtiyaclarını ödəyir. Ola bilər ki, Rusiya özünün arzusunu səsləndirib”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button