2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

“Azərbaycan türk dünyasının ürəyidir!”

Dilavər Əzimli: “Bu ürəyə uzanan əllər sındırılmalı, dillər isə susdurulmalıdır!”

Məlum olduğu kimi, millət vəkili Arif Rəhimzadə azərbaycanlıların türk olmadığını bildirib. Səsləndirdiyi fikir səbəbi ilə ictimai qınaqla üzləşən millət vəkili bir kəs daha haqlı olduğunu, bu səbəbdən də üzr istəmək niyyətində olmadığını bəyan edib.
Maraqlıdır, A.Rəhimzadə xalqın tarixini, onun mili kimliyini təhrif etdiyi üçün hansısa formada cəzalana, sadə vətəndaşlar, ictimai-siyasi təşkilatlar və s. tərəfindən məhkəməyə verilə bilərmi?

24saat.org-a açıqlama verən Bütöv Azərbaycan Ocaqları başqanının ideologiya üzrə müavini, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tanınmış pedaqoq-tarixçi Dilavər Əzimli bu kimi problemlərin məhkəmə vasitəsi ilə həllinin mümkün olmadığını bildirib:

Saytların yığılması Saytlarin yigilmasi


“Bilirsiniz, bu məslədə ictimai qınaq ola bilər. Məhkəmə məsələsi düzgün variant deyildir. Bu adam bu düşüncə ilə böyüyüb. Onun qafası rus, avropalı qafası kimi düşünür. Bu adam dediyindən dönmür. Elə bilir ki, bu cür səhv yanaşmadan dönmək əqidəsinə qarşı getməkdir. Amma düşünməlidir ki, Azərbaycan müstəqil dövlətdir. Onun tarixşünaslığı da müstəqildir, Onun bir zaman oxuduqları artıq qəbul olunmur. Çünki indi yeni nəzəriyyə ortadır. Bu nəzəriyyəyə əsasən Azərbaycan tarixi yazılır. Ona demək lazımdır ki, son 15 ildə AMEA A.Bakıxanov adına Tarix İnstitutunun nəşr etdiyi kitabları da bir oxusun. Arxeologiya və Etnoqrafiya institutu son illərdə bu sahədə ciddi uğurlara əl atıbdır. Türk burada qədim zamanlardan yaşayıbdır. Arxeoloji qazıntılar onu yeddi min il bundan əvvələ aparır. İndi biz bunu danaqmı? Nə var, nə var, Arif Rəhimzadə belə düşünür. Bir də bizdə ən böyük qəbahət odur ki, hamı tarixdən danışır. Bu bir xəstəliyə çevrilibdir. Tarixçilər qalıb bir yana, hamı tarixçi olubdur.

Burada məni maraqlandıran həm də başqa bir məsələdir. Baxın, son zamanlar yenə də Şah İsmayılın üzərinə gedirlər. Biri yazır ki, qanında xristian qanı axır, digəri yazır ki, Vatikanın adamıdır. Bunun üzərinə niyə gedirlər? Çünki Şah İsmayıl bütövlük rəmzidir, Türrklük rəmzidir! O cümlədən bunun ardınca Arif Rəhimzadə də türklüyün üzərinə gedir. Bütün bunlar Azərbaycanda türklük şüuruna zərbə endirməyə xidmət edir. Azərbaycanda bu şüuru məhv etsən, onda Türk dünyasında türklük sönəcəkdir. Bu mənada onlar həmişə fürsət düşən kimi hücum edirlər.

Hesab edirəm ki, məhkəmə məsələsi mümkün deyildir. Sadəcə, onlara qarşı ictimai qınaq güclənməli və kütləviləşməlidir. Bu məsələ həm də bir qeyrət məsələsidir. Tarix boyu dədə-babalarımız türk deyib durublar. İndi biz kiminsə sözü ilə türklüyümüzünün üstündən xətt çəkək? Qardaş, türk olmursan, özün bilərsən, amma mənə ağıl öyrətmə. Çünki türklük bir genetik məsələdir. Mən özümə azərbaycanlı desəm də, genim bir türk kimi düşünür. Bu mənada biz də ayıq olmalıyıq və bu məsələdə daima birlik əks etdirməliyik. Bu həm də bir dövlətçilik məsələsidir. Hətta qardaş Türkiyədə də mənə dəfələrlə deyiblər ki, sizdə türkçülük yüksək səviyyədədir. Çünki ölkə başçınız və xanımı da özünə türk deyir. Azərbaycan türk dünyasının ürəyidir! Bu ürəyə uzanan əllər sındırılmalı, dillər isə susdurulmalıdır! Bunun üçün ictimai qınaq daima bir hədəfə vurmalıdır!”

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button