2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycan-Türkiyə hərbi təlimləri davam edir

Azərbaycan və Türkiyə silahlı qüvvələrinin Naxçıvanda başlayan birgə taktiki təlimləri davam edir.

Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.

Saytların yığılması Saytlarin yigilmasi

Nazirlik bildirir ki, Əlahiddə Ümumqoşun Ordunun, müxtəlif güc strukturlarının və Türkiyə Silahlı Qüvvələrinin bölmələri ssenariyə əsasən “Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb.

Birləşmə və hissələr döyüşə hazırolma planlarına uyğun olaraq fəaliyyət göstərib.

Bölmələrin tam döyüşə hazırolma vəziyyətinə gətirilməsindən ötrü müvafiq tədbirlər görülüb.

5000 nəfər şəxsi heyətin, 250-dən artıq döyüş və müxtəlif təyinatlı texnikaların cəlb olunduğu təlim iyunun 16-na kimi davam edəcək.

Təlimlər iyunun 12-də başlayıb. Bunda məqsədin iki ölkə silahlı qüvvələri arasında koordinasiya işini gücləndirmək və onların qabiliyyətini artırmaq olduğu bildirilir.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button