2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri imzalanıb

Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşü keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Görüşdə Birgə Bəyanat qəbul edilib. Tərəflər arasında ticari-iqtisadi əməkdaşlıq haqqında saziş, gömrük əməkdaşlığına dair Birgə məşvərət komissiyasının yaradılması, energetika və nəqliyyat sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı anlaşma memorandumları imzalanıb.

Bundan öncə prezidentlərin görüşü olub. Bu haqda Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

“Hazırda dünyada yeni çağırışlar və təhdidlər var. Bu səbəbdən digər sahələr ilə yanaşı, ölkələrimiz arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsi böyük önəm daşıyır”, – İlham Əliyev çıxışında deyib.

O, Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatında görüşlərin bundan sonra müntəzəm keçiriləcəyinə ümid etdiyini bildirib.

İ.Əliyev 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin 45 faiz artaraq 5 milyard dollara çatdığını, Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard, Türkiyədən Azərbaycan iqtisadiyyatına 14 milyard dollara yaxın sərmayə yatırıldığını qeyd edib.

“Bu il Türkmənistan ilə ticarət dövriyyəsi 5 dəfə artıb. Bu, rekord göstəricidir”, – İ.Əliyev deyib.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button